...

Müsavat Partiyası Pənah Hüseyni ittiham edir

Siyasət Materials 21 Sentyabr 2007 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Müsavat Partiyasının fəalları mənə qarşı kampaniya apara bilməz, cümə günü Trend ə açıqlamasında Müsavat Deputat Qrupunun, Xalq Partiyasının üzvü Pənah Hüseyn bildirib. Onun sözlərinə görə, müsavatçılıq ideyası bir partiya ilə məhdudlaşa bilməz.

"Müsavat Partiyasının işinə müdaxilə etməyə haqqım var" - Hüseyn bildirib.

Müsavat Deputat Qrupunun üzvü ilə partiyanın fəalları arasında qarşılıqlı ittihamlar səsləndirilir. Müsavat fəalları Hüseyni partiyanın işinə müdaxilə etməkdə suçlandırır. Qarşılıqlı ittihamlarla bağlı partiya başqanı İsa Qəmbər hələ ki mövqeyini açıqlamayıb.

Müxalifətçi deputat partiya fəallarının ona qarşı siyasi qısqanclıq etdiklərinə əhəmiyyət vermədiyini deyib. Onun sözlərinə görə, müsavatçılıq ümummilli siyasi irsdir və hər bir Azərbaycan vətəndaşı mənəvi cəhətdən özünü müsavatçı hesab edə bilər.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə Trend ə açıqlamasında həmkarını ictimaiyyətdə partiya fəalları barədə səhv rəy yaratmaqda ittiham edib.

"Əslində, Pənah Hüseynin partiya başqanı İsa Qəmbərin namizədliyini şübhə altına alması, partiyadan digər namizədlərin irəli sürülməsi kimi ona aid olmayan məsələlərə müdaxiləsi partiya üzvləri tərəfindən zərərli təkliflər kimi qiymətləndirilir" - Hacılı deyib. Hacılının sözlərinə görə, Hüseynin demokratik düşərgədə vəziyyəti gərginləşdirməsi təsadüfi deyil. Bu məsələdə onun hansısa maraqları var. Hacılı bu maraqların nədən ibarət olmasını açıqlamaq istəməyib.

Xəbər lenti

Xəbər lenti