...

Partiya sədrinin qəzetə qarşı məhkəmə prosesi davam etdiriləcək

Siyasət Materials 25 Sentyabr 2007 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) "Xural" qəzetinə qarşı məhkəmə iddiasına dair çərşənbə axşamı Nərimanov rayon məhkəməsində hazırlıq iclası olub. Bu barədə çərşənbə axşamı Trend ə BAXCP sədri Qüdrət Həsənquliyev məlumat verib.

Partiya sədri "Xural" qəzetində onun barəsində təhqiramiz yazıların dərc olunduğunu əsas gətirərək, qəzetin təkzib verməsini, üzr istəməsini tələb edir.

Qəzetin baş redaktoru Əvəz Zeynallı isə, bununla bağlı Trend ə açıqlamasında bildirib ki, əvvəlcə Qüdrət Həsənquliyevin nəzarəti altında olan "Xalq cəbhəsi" qəzeti ona qarşı təhqiramis yazılar yazıb. Ondan sonra "Xural" Həsənquliyevin ünvanına cavab yazıları yazıb.

Həsənquliyevin iddiası ilə bağlı məhkəmə iclası sabah - sentyabrın 26-da davam etdiriləcək.

BAXCP özünü iqtidara qarşı konstruktiv müxalifətçi hesab edir. Partiya sədri Qüdrət Həsənquliyev Milli Məclisin deputatıdır.

"Xural" qəzeti özünü heç bir siyasi qüvvəni təmsil etməyən müstəqil nəşr hesab edir.

Xəbər lenti

Xəbər lenti