...

Müdafiə naziri: "Hərbi doktrinada NATO və Azərbaycan əlaqələrinin perspektivləri geniş spektri əhatə edir"

Siyasət Materials 28 Sentyabr 2007 14:01 (UTC +04:00)
Müdafiə naziri: "Hərbi doktrinada NATO və Azərbaycan əlaqələrinin perspektivləri geniş spektri əhatə edir"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/Azərbaycanın hərbi doktrinası hazırlanıb və qəbul olunmaq üçün müvafiq orqana təqdim edilib. Sənəddə NATO ilə Azərbaycanın əlaqələrinin perspektivləri daha geniş spektri əhatə edir, cümə günü NATO Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən müdafiə naziri Səfər Əbiyev bildirib.

Nazirin sözlərinə görə, NATO-Azərbaycan əməkdaşlığı istiqamətində indiyədək böyük irəliləyişlər əldə olunub.

Fərdi Tərədaşlığın Fəaliyyət Planı (IPAP) çərçivəsində Azərbaycanın NATO ilə əməkdaşlığının birinci mərhələsi başa çatıb. Planın ikinci mərhələsi NATO ilə daha geniş əməkdaşlığı nəzərdə tutur və Azərbaycan IPAP-ın növbəti mərhələsini də müvəffəqiyyətlə həyata keçirmək əzmindədir.

Görüş zamanı Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barəsində fikir mübadiləsi aparılıb. Əbiyev bildirib ki, Ermənistan regionda işğalçılıq siyasəti yürüdür, öz havadarlarının köməyi ilə silahlanmağı davam etdirir və Azərbaycanın işğal olunmuş ərazilərində qeydiyyatı aparılmayan külli miqdarda hərbi texnika, silah-sursat yerləşdirir. Bu isə regionda vəziyyəti daha da təhlükəli hala gətirir.

Azərbaycanın NATO ilə əməkdaşlıq çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirdiyini deyən Simmons öz növbəsində NATO-Azərbaycan əlaqələrinin yüksələn xəttlə inkişaf etdiyini bildirib. NATO nümayəndəsi IPAP-ın ikinci mərhələsinin də uğurla başa çatacağına inamını ifadə edib.

Xəbər lenti

Xəbər lenti