...

Azərbaycan Parlamenti nəhayət ki, "Təhsil haqqında" yeni qanun qəbul edəcək

Siyasət Materials 1 Oktyabr 2007 12:55 (UTC +04:00)
Azərbaycan Parlamenti nəhayət ki, "Təhsil haqqında" yeni qanun qəbul edəcək

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ "Azərbaycanın yeni təhsil qanunu hazırdır və Milli Məclisin payız sessiyasında qəbul olunacaq. "Təhsil haqqında" qanun Parlamentin Elm və təhsil komissiyasında sonuncu dəfə müzakirə olunduqdan sonra deputatların müzakirəsinə təqdim olunacaq" - deyə bazar ertəsi Milli Məclisin payız sessiyasının açılışında spiker Oqtay Əsədov bildirib.

Onun sözlərinə görə, "Təhsil haqqında" qanun bütün əlaqədar nazirlik və təşkitlatlarda baxılıb və razılaşdırılıb: "Təhsil haqqında" qanun dünyada olan yeni standartların Azərbaycanın təhsil sistemində tətbiqinə geniş imkanlar açacaq". Azərbaycanın hazırda qüvvədə olan "Təhsil haqqında" qanunu 1992-ci ildə qəbul olunub. 1995-ci ildə yeni qanunun hazırlanmasına başlanılıb. Layihə bir dəfə Parlamentin birinci oxunuşda müzakirəsinə çıxarılsa da, deputatlar onu qəbul etməyiblər. Bundan sonra 2005-ci ildə yeni qanunun hazırlanmasına başlanılıb. Bir neçə dəfə qanunun qəbul olunması haqqında məlumatlar verilsə də, bu həyata keçirilməyib.

Spiker onu da qeyd edib ki, Milli Məclis yaz sessiyasında 18 iclas keçirilib və 141 qanun və 1 Konstitusiya qüvvəli qanun qəbul olunub. Payız sessiyasında isə sosial-iqtisadi, mədəniyyət və hüquq islahatlarına dair yeni qanun layihələri qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti