...

"Azadlıq" bloku prezident seçkilərini boykot etmək niyyətini sənəddə əsaslandırıb

Siyasət Materials 2 Oktyabr 2007 11:00 (UTC +04:00)
"Azadlıq" bloku prezident seçkilərini boykot etmək niyyətini sənəddə əsaslandırıb

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifətçi "Azadlıq" bloku gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərini boykot etmək niyyətini yenicə hazırladığı sənəddə əsaslandırıb. Bu barədə bazar ertəsi Trend ə blokun həmsədri Əli Əliyev məlumat verib.

Onun sözlərinə görə, "Azadlıq" bloku Azərbaycandakı ictimai-siyasi durumun, insan haqları, demokratiyanın vəziyyətinin təhlilinə dair sənəd hazırlayıb. Sənədin hazırlanmasında məqsəd Azərbaycanda prezident seçkilərinə bir il qalmış müddətdə mövcud siyasi durumu təhlil edərək yerli və beynəlxalq ictimaiyyətə göstərməkdir. Sənəddə təkcə "Azadlıq" blokunun deyil, digər siyasi qüvvələrin də rəyləri əksini tapacaq.

"Biz bu sənəddə prezident seçkilərinin boykot olunması barədə mövqeyimizi əsaslandırırıq. Çünki "Azadlıq" bloku ölkədə siyasi mühit dəyişməyəcəyi təqdirdə prezident seçkisində iştirakı əhəmiyyətsiz hesab edir və buna görə də seçkiləri boykot qərarı verə bilər" - deyə Əliyev bildirib.

O əlavə edib ki, sənədin geniş ictimai müzakirəsi keçiriləcək, sonra beynəlxalq təşkilatlara təqdim olunacaq.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti