...

Prezident Stepan Mesiçlə müsahibə: "Xorvatiya Azərbaycanla dostluq münasibətlərinin inkişafında maraqlıdır"

Siyasət Materials 1 Oktyabr 2007 17:17 (UTC +04:00)
Prezident Stepan Mesiçlə müsahibə:  "Xorvatiya Azərbaycanla dostluq münasibətlərinin inkişafında maraqlıdır"

Azərbaycan, Bakı/ Trend , müxbir A.Qasımova/ Trend in Xorvatiya Respblikasının prezidenti Stepan Mesiçlə, prezidentin oktyabrın 2-3-də Azərbaycana səfəri ərəfisində eksklüziv müsahibəsi

- Azərbaycan və Xorvatiya arasında qarşılıqlı münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? İki ölkənin əməkdaşlığının əsas prioritetiləri hansılardır?

- Mənim fikrimcə, bizim yaxşı münasibətlərimiz var və iki ölkə arasında açıq siyasi məsələlər mövcud deyil. Eyni zamanda, biz iqtisadi əməkdaşlığı gücləndirməliyik və biz bütün sahələrdə potensiala malikik.

- Sizin Azərbaycana gözlənilən rəsmi səfəriniz zamanı hansı məsələlər diqqət mərkəzində olacaq?

- İki il əvvəl prezident İlham Əliyevin Zaqrebə səfəri zamanı mədəniyyət sahəsində əməkdaşlığa dair müqavilə, xarici işlər nazirlikləri arasında əməkdaşlıq üzrə protokol və aviasiya orqanları arasınada əməkdaşlıq memorandumu imzalanıb. Eyni zamanda, qeyd etdiyim kimi, biz ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirməliyik. Bu, həmçinin, iki ölkə arasında bərabər əməkdaşlığa təsir göstərəcək müvafiq hüquqi çərçivə tələb edir. İcazə verin, bir daha təkrar edim ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün potensial mövcuddur.

- Xorvatiya Xəzər dənizindən, xüsusilə də Azərbaycandan Qərbi Avropaya enerji resurslarının daşınmasını necə qiymətləndirir? Bu faktor Azərbaycanın Xorvatiya ilə daha da yaxınlaşmasında nə dərəcədə stimul rolu oynaya bilər?

- Xorvatiya Azərbaycanla bütün sahələrdə, xüsusilə enerji sahəsində dostluq münasibətlərinin inkişafında maraqlıdır. Xorvatiya "Bakı-Tbilisi-Ceyhan" və "Bakı-Tbilisi- Ərzurum" nefi və qaz kəmərlərinin strateji əhəmiyyətindən xəbərdardır.

- Rəsmi Zaqrebin Dağlıq Qarabağ münaqişəsinin həlli, xüsusilə də Azərbaycanın ərazi bötövlüyü üzrə mövqeyi ilə bağlı nə deyə bilərsiniz?

- Xorvatiya, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, digər münaqişələrin də BMT-nin Nizamnaməsi, həmçinin, BMT və ATƏT-in müvafiq Qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllinin tərəfdarıdır.

Xəbər lenti

Xəbər lenti