...

İlin sonuna gədər Litva ilə Azərbaycan arasında hərbi əməkdaşlığın inkişafına dair saziş imzalanacaq (video)

Siyasət Materials 2 Oktyabr 2007 17:32 (UTC +04:00)
İlin sonuna gədər Litva ilə Azərbaycan arasında hərbi əməkdaşlığın inkişafına dair saziş imzalanacaq (video)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli, K.Ramazanova/ İlin sonuna gədər Litva ilə Azərbaycan arasında hərbi əməkdaşlığın inkişafına dair saziş imzalanacaq, çərşənbə axşamı Azərbaycanda rəsmi səfərdə olan Litvanın müdafiə naziri Yuozas Olekas bildirib. Nazirin sözlərinə görə, iki ölkə arasında dostluq münasibətləri mövcuddur. Həmçinin, hərbi əməkdaşlıq sahəsində də münasibətlər inkişaf etdirilir.

"Azərbaycan və Litva hərbçiləri arasında təcrübə mübadiləsi aparılır, beynəlxalq sülhməramlı qüvvələrin tərkibində birgə xidmət keçirilir" -nazir deyib.

Bu gün Olekasın Azərbaycana iki günlük rəsmi səfəri başlayıb.

Səfər çərçivəsində Azərbaycan və Litva müdafiə nazirləri arasında iş planı imzalanacaq.

Xəbər lenti

Xəbər lenti