...

Bakıda Moskva Mədəniyyət Günləri başlayır

Siyasət Materials 2 Oktyabr 2007 18:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend S.Ağayeva/ Çərşənbə günü Bakıda Moskva Mədəniyyəti Günləri başlayır. Mədəniyyət günlərində iştirak etmək məqsədilə Bakıya Moskva İcra Hakimiyyəti başçısının müavini Lyudmila Şvetsovanın rəhbərliyi ilə Moskva İcra Hakimiyyətinin nümayəndə heyəti gələcək. Proqrama əsasən, bu gün günorta saatlarında Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda RF-nin xalq rəssamı Vasili Nesterenkonun sərgisinin təntənəli açılış mərasimi keçiriləcək. Sərgi iki gün davam edəcək, elə həmin gün nümayəndə heyəti Heydər Əliyev adına Fonda baş çəkəcək.

Azərbaycanda Moskva Günlərinin təntənəli açılış mərasimi və Moskvanın incəsənət xadimlərinin qala -konserti saat 19:00-da Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutacaq. Teatrın foyesində Moskava ilə bağlı foto-sərgi nümayiş olunacaq.

Oktyabrın 4-də Moskva İcra Hakimiyyətinin nümayəndə heyəti Azərbaycanın Baş naziri Artur Rəsizadə ilə görüşəcək, Moskva və Azərbaycan arasında əməkdaşlıq üzrə hökumətlərarası Komissiyanın iclasında iştirak edəcək, İçəri Şəhərə ekskursiya təşkil ediləcək. Proqrama, həmçinin, Rusiyanın Azərbaycandakı səfirliyində görüşün keçirilməsi də daxildir. Azərbaycan Respublikasında keçiriləcək Moskva Günlərinə Moskvanın "Modern" teatrının Dövlət Musiqili Komediya Teatrında nümayiş etdiriləcək "Mənim əziz kişilərim" tamaşası ilə yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti