...

Azərbaycan və Xorvatiya arasında ikitərəfli əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb

Siyasət Materials 2 Oktyabr 2007 19:36 (UTC +04:00)
Azərbaycan və Xorvatiya arasında ikitərəfli əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb

Azərbaycan, Bakı / Trend , müxbir A.İsmayılova/ Azərbaycan və Xorvatiya prezidentləri İlham Əliyev və Stepi Mesiç çərşənbə axşamı Xorvatiya prezidentinin Azərbaycana birinci səfəri zamanı birgə Bəyannamə imzalayıblar. Sənədə Azərbaycan və Xorvatiya arasında, həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində siyasi və ikitərəfli əməkdaşlıq məsələləri daxil edilib. Bəyannaməyə,həmçinin, Azərbaycanın Avroatlantika strukturuna inteqrasiyası da daxildir ki, "Xorvatiya buna xüsusi önəm verir" - deyə Azərbaycan və Xorvatiya prezidentləri arsında aparılan danışıqların yekunları ilə bağlı mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev bildirib.

"Sənədə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də daxil edilib. Sənəddə bildirilir ki, münaqişə Azərbaycanın ərazi bötbövlüyü və onun sərhədlərinini toxunulmazlığı çərçivəsində həll olunmalıdır", - deyə prezident Əliyev bildirib. İki ölkənin Ticarət-Sənaye Palataları və Diplomatiya Akademiyaları arasında, İqtisadi İnkişaf Nazirlikləri arasında əməkdaşlığa dair memorandum, investisiyaların tətbiqi və qarşılıqlı müdafiə ilə bağlı dövlətlərarası müqavilə imzalanıb.

Xəbər lenti

Xəbər lenti