...

Azərbaycanda yeni televiziya kanalı fəaliyyətə başlayıb

Siyasət Materials 2 Oktyabr 2007 22:31 (UTC +04:00)
Azərbaycanda yeni televiziya kanalı fəaliyyətə başlayıb

Azerbaydjan, BakuAzərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Türkiyənin "Samanyolu" kanalının tezliyi üzrə Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqənin qalibi olan "Xəzər" TV bu axşam saat 20.30 da yayıma başlayıb. Kanal yayıma başlamazdan əvvəl - saat 20.00-da "Samanyolu" kanalının Azərbaycanın milli tezliyində yayımı dayandırılıb.

Həmin dəqiqədən etibarən yeni kanalın loqosu efirdə yerləşdirilib. İlk olaraq "Xəbərlər" buraxılışı efirə çıxıb və xəbər blokuna 14-15 dəqiqə vaxt ayrılıb. Proqram başa çatandan sonra efirdə Azərbaycan filmi nümayiş etdiriləcək, daha sonra musiqi proqramına yer ayrılacaq. "Xəzər" TV gecə saat 2.00-a qədər efirdə olacaq. Sonrakı günlərdə də yayım eyni saatlarda aparılacaq. Efir müddəti tədricən artırılacaq

Xəbər lenti

Xəbər lenti