...

Iranlı politoloq: "Iran neft dollarlarını hərbi silahlara sərf edir"

Siyasət Materials 3 Oktyabr 2007 00:55 (UTC +04:00)
Iranlı politoloq: "Iran neft dollarlarını hərbi silahlara sərf edir"

Azərbaycan, Bakı / Trend müxbir D.Xatınoğlu/ Tehran rəsmilərinin inkişaf etmiş raket, qırıcı təyyarələrin ölkə daxilində istehsal olunması barədə məlumatla tez-tez çıxış etməsi, ölkə budcəsinin böyük hissəsinin hərbi işlərə ayrılmasından xəbər verir. "İran hakimiyyəti ABŞ-la müharibəni bəhanə edərək, neft dollarlarının böyük hissəsini hərbi silahlara sərf edir" - deyə iranlı politoloq İsa Səhərxiz bildirib.

İranda infilyasiyanın 15.4%-a çatması, əhalinin maliyyə problemləri olduğu bir şəraitdə hərbi sahəyə ayrılmış vəsaitin artırılması barədə məlumat verir.

İran politoloqu Səhərxiz çərşənbə günü Tehrandan telefonla Trend ə bildirib ki, İran hakimiyyətinin ötən aylarda benzinə limit qoyması nəticəsində təyyarələrlə səfərlərin artması müşahidə olunur: "İran təyyarələri o qədər işlənib ki, sıradan çıxıblar. Hətta ötən ay Avropa Birliyi İranın "Mahan" şirkətinin təyyarələrinin Avropaya uçmasına qadağa qoyub. Buna baxmayaraq, sərnişin təyyarələrinin təmirinə belə vəsait ayrılmır".

"İran hakimiyyəti xarici hədələri bəhanə edərək, ictimai xidmətlərə, millətin asayişina çalışmaq yerinə, hərbi bazaları genişləndirməyə. İran milləti hər gün maliyyə baxımından sıxıntılara məruz qalır, günbəgün bahalaşma ilə rastlaşır. Ölkə iqtisadi baxımdan iflic halına düşüb, hakimiyyət isə budcədən öz hərbi məqsədləri naminə sui-istifadə etməklə məşğuldur" - deyə Səhərxiz bildirib.

Xəbər lenti

Xəbər lenti