...

Ukraynalı politoloq: "Ukraynadakı seçkilərin nəticələrinin elektron hesablanması ilə protokolların barmaq izləri ilə hesablanması arasında fərq ola bilər"

Siyasət Materials 3 Oktyabr 2007 16:46 (UTC +04:00)
Ukraynalı politoloq: "Ukraynadakı seçkilərin nəticələrinin elektron hesablanması ilə protokolların barmaq izləri ilə hesablanması arasında fərq ola bilər"

Ukrayna, Kiyev/ Trend müxbir Z.Novosvitski/ Ukraynalı politoloq, "Sofiya" sosial tədqiqatlar mərkəzinin direktoru Andrey Yermolayev hesab edir ki, Ukraynadakı seçkilərin nəticələrinin elektron hesablanması ilə protokolların barmaq izləri ilə hesablanması arasında fərq ola bilər.

Son məlumatlara görə, dairə seçki komissiyalarının protokollarının 96,08%-i hesablanıb. Regionlar partiyası 34,12%, Yuli Timoşenko Bloku 30,85%, "Bizim Ukrayna-Xalq Özünümüdafiəsi" partiyası isə 14, 32% səs toplayıb. Kommunist partiyası səslərin 5,35%, Litvin Bloku 3,97%-ni, Ukrayna Sosialist Partiyası isə son məlumatlara görə 3%-lik baryeri keçməyərək parlamentdə cəmi 2,93% səs toplayıb. Bütün namizədlərin əleyhinə isə seçicilərin 2,73%-i səs verib.

Politoloqun sözlərinə görə, indi qəti nəticə üçün hətta yüzdə bir faizin də əhəmiyyəti böyükdür.

Onun fikrincə, parlamentdə qüvvələrin bölüşdürülməsi Ukrayna Sosialist partiyasının 3 %-lik baryeri keçməsindən çox asılıdır. Məhz bu, hansı partiyaların koalisiya yaratmasını proqnozlaşdırmağa imkan verəcək.

Yermolayev həmçinin gələcək parlamentdə Litvin Blokunun da əhəmiyyətini qeyd edib. O qeyd edib ki, onun lideri Vladimir Litvin təkəbbürlü siyasətçidir və onun rolunu yalnız hansı koalisiyaya daxil olacağına yönəltmək lazım deyil. "Litvin öz rolunu oynaya bilər və gələcəkdə bu, böyük koalisiyanın yaranması üçün əsas ola bilər" - deyə Yermolayev söyləyib.

"Bizim Ukrayna" partiyasının Ali Radanın spikeri vəzifəsinə Vyaçeslav Kirilenkonu irəli sürməsini şərh edərkən politoloq bunu qanunauyğun hesab edib. O hesab edir ki, bu cür təklif "narıncı" koalisiyanın yaranacağı əsası ilə digər partiyalar trəfindən hər hansı bir etiraza səbəb olmamalıdır. Məlumdur ki, BYT lideri Yuliya Timoşenkonun Ukraynanın baş naziri olmaq planları var, Xalq Özünümüdafiəsi Partiyasının lideri Yuri Lutsenko çox güman ki, gələcəkdə Kiyev şəhər rəisi vəzifəsinə namizədliyini irəli sürəcək. Yermolayev Ali Radada çoxluq yaradılmayacağı təqdirdə Ukraynada parlament nböhranını istisna etməyib. Belə olacağı təqdirdə hadisələrin gələcək inkişaf tarixi Ukrayna prezidentindən asılı olacaq.

Xəbər lenti

Xəbər lenti