...

DİP Azərbaycanda qadınların hüquqlarının artırılmasına dair Konsepsiya hazırlayacaq

Siyasət Materials 4 Oktyabr 2007 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Demokratik İslahatlar Partiyası Azərbaycanın ictimai, siyasi həyatında qadınların rolunun artırılması üçün konsepsiya hazırlayacaq. Bu barədə cümə axşamı Trend ə DİP-in sədri Asim Mollazadə məlumat verib.

Onun fikrincə, Azərbaycan cəmiyyətində qadınlar kifayət qədər fəal deyil, dövlət idarəçiliyində yetərli qədər iştirak etmirlər. Mollazadə hesab edir ki, Azərbaycanın dünyəvi dövlət kimi inkişafı, Avroatlantik məkana inteqrasiyası üçün qadınların hüquqları artırılmalı, qadın liderlər yetişdirilməli, gender bərabərliyi təmin olunmalıdır.

"Azərbaycanın orta əsr dövrünə qaytarılması meylləri, islam təmayüllü qüvvələrin baş qaldırması müşahidə olunur. Bunların baş verməməsi üçün dövlət orqanları, ictimai qurumlar cəmiyyətdə qadınların hüquqlarının artırılması, mövqelərinin gücləndirilməsi üçün iş görməlidir"- deyə partiya sədri bildirib.

O, əlavə edib ki, DİP bu mövzuda tədbir keçirərək, qadınların cəmiyyətdə rolunun artırılması məsələsini ictimai müzakirəyə çıxaracaq. Mollazadə, həmçinin bildirib ki, DİP növbəti parlament seçkilərində (2010-cu il) öz namizədlərinin yarısının qadın olmasını planlaşdırır.

DİP liberal yönümlü, mərkəzçi partiyadır. DİP-in sədri Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti