...

Rusiya Azərbaycandan kanalların qarşılıqlı yayımı üzrə öz təkliflərinə cavab gözləyir

Siyasət Materials 4 Oktyabr 2007 16:22 (UTC +04:00)
Rusiya Azərbaycandan kanalların qarşılıqlı yayımı üzrə öz təkliflərinə cavab gözləyir

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / Rusiya Azərbaycandan hər iki ölkə telekanallarının qarşılıqlı yayımı üzrə öz təkliflərinə cavab gözləyir

"Biz Rusiya ərazisində Azərbaycanın "AzTV" telekanalının yayımlanması üzrə mövqe və şərtlərimizi artıq təklif etmişik. İndi Azərbaycan tərəfi bizə öz cavabını təqdim etməlidir ki, biz onu hələ almamışıq" - deyə cümə axşamı jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov məlumat verib.

"Rusiya tərəfinin təkliflərində Azərbaycan telekanalının RF ərazisində yayım şərtləri göstərilib" - deyə səfir bildirb.

"AzTV"-nin Rusiya ərazisində yayımlanması məsələsi , Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) "RTR-Planeta" kanalının Azərbaycanda yayımının dayandırılmasına dair qərar qəbul etməsindən sonra qaldırılıb. Sonra tərəflər razılığa gəlib və iki ölkənin kanallarının qarşılıqlı yayımına dair bəyanat veriblər.

Azərbaycan Rusiya tərəfinə Azərbaycan Milli tezliyində "RTR-Planeta", həmçinin, RF ərazisində "AzTV"-nin qarşılıqlı yayımının reallaşdırılmasının texniki tərəflərini nəzərdə tutan müqavilə təqdim edib.

Xəbər lenti

Xəbər lenti