...

Xalvand Skard: Avropa Şurası Konqresi Azərbaycana Bakının statusu haqqında qanun qəbul etməyi məsləhət görür

Siyasət Materials 4 Oktyabr 2007 16:46 (UTC +04:00)
Xalvand Skard: Avropa Şurası Konqresi Azərbaycana Bakının statusu haqqında qanun qəbul etməyi məsləhət görür

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Avropa Şurası yerli və regional hakimiyyətlər Konqresinin prezidenti Halvdan Skardla Trend in eksklüziv müsahibəsi

- Konqresin yeni Nizamnaməsinə əsasən növbəti ilə qədər milli nümayəndə heyətləri qadınların nümayəndə heyətinin tərkibində 30 faiz iştirakı məsələsini həll etməlidirlər. Bu kvotaya əməl etməyən nümayəndə heyətlərinə qarşı hər-hansı bir tədbir görülə bilərmi?

- Bir neçə ildir ki, Konqres bütün nümayəndə heyətlərində qadınların iştirak faizini artırmağa çalışır və Yerli və Regional hakimiyyətlər milli assosiasiyalarının milli nümayəndə heyətlərinin yaradılması ilə məşğul olmaq və məsləhətləşməsi də daxil olmaqla ölkələrdən dəfələrlə bunun üçün bütün səylərini göstərmək xahiş olunub.

Lakin 47 üzv ölkənin bu məsələyə həmişə yetərincə diqqət ayırmamasını nəzərə alaraq Konqres 2008-ci ilə qədər qadınların milli nümayəndə heyətlərində 30 faiz iştirakının təmin olunması barədə kvota müəyyənləşdirmək qərarına gəlib. 2005-ci ildə plenar iclasda bu Konqres tərəfindən yekdilliklə dəstəklənib, 2007-ci ilin may ayının əvvəlində təsdiqlənərək formal olaraq Nazirlər Komitəsi tərəfindən qəbul olunub. 27-29 may 2008-ci ildə nönvbəti plenar sessiya zamanı Konqres nümayəndə heyətlərinin bu tələbi nə dərəcədə yerinə yetirmsini yoxlayacaq.

Konqresin Nizamnaməsinin 2,2 maddəsinə əsasən bu meyarlara uyğun gəlməyən nümayəndə heyətləri Konqresin sessiyalarında səsvermə hüququ və xərcləri üçün kompensasiya almaq hüququ olmadan iştirak edəcək. Bütün nümayəndə heyətlərinə xəbərdarlıq olunacaq və hazırıq üçün vaxt veriləcək.

- Konqresin payız sessiyası zamanı Azərbaycan üzrə tövsiyələrin müzakirə olunması planlaşdırılır. Müzakirələrin gündəliyində hansı əsas məqamlar olacaq?

- Payız sessiyasının gündəliyi artıq təsdiq olunub. Lakin Azərbaycanın Konqresin tövsiyələrini yerinə yetirməsi ilə bağlı müzakirələr daha gec müddətə təxirə salınacaq.

- Azərbaycanda bələdiyyələr nisbətən yeni institutdur. Onların mövqeyinin gücləndirilməsi üçün nə etmək lazımdır?

- Azərbaycanın 2002-ci ildə ratifikasiya etdiyi Avropa Yerli Özünü idarəetmə Xartiyası müyyənləşdirir ki, effektiv yerli özünü idarəetmə demokratiyanın əsas elementidir. Bunun əsasında Konqres 2003-cü ildə Azərbaycanda yerli və regional demokratiya üzrə sənəd qəbul edib və öz Tövsiyələrində gələcəkdə təkmilləşdirilməli olan bir neçə sahəni önplana çıxarıb.

Azərbaycan bələdiyyələrinin sutatusu haqqında qanun bələdiyyələrin öhdəliklərini izah etməli, onların tam və müstəsna səalhoyyətləri çərçivəsində həyata keçirməli olduqları nbir sıra funkisyaları müəyyənləşdirməlidir.

Dövlət hakimiyyəti və slahiyyətləri ilə bələdiyyələrə verilənlər arasında aydın fərqi müəyyənləşdirmək və konkret qaydalar müəyyən etmək lazımdır.

Nəzərə alınsa ki, nbəələdiyyələr Azərbaycanda nisnbətən yeni institutdur, öhdəliklərin ötürülməsi tədricən aparıla bilər. Öhdəliklərin bələdiyyələrə ötürlməsikifayət qədər maliyyə və xüsusi resursların köçürülməsi ilə müşayiət olunmalıdır.

İnzibati nəzarət prinsipi ilə bağlı qanun hansı orqanın buna məsuliyyət daşıdığını müəyyənləşdirməli, imkan və proseduru detallı şəkildə təsvir etməlidir. Mexanizm nəzarət və maliyyə yardımı arasında balansa riayət etməlidir.

Bundan başqa bələdiyyələrarası əməkdaşlığın gələcəkdə gücləndirilməsi üçün tədbirlər görmək lazımdır.

Azərbaycanda bələdiyyələr assosiasiyasının yaradılması bu sahədə müəyyən irəliləyişin olduğunu göstərir. Lakin Yerli Hakimiyyətlər Assosiasiyası da həmçinin təmin etməlidir ki, bələdiyyələrin marağı mərkəzi hakimiyyətlə dialoqda rtəmin olunub.

- Konqres Azərbaycana Bakı şəhərinə mer seçilməsi və paytaxtın satatusu haqqınada qanun qəbul olunmasını tövsiyyə edib. Azərbaycan hakimiyyəti ilə bu məsələ ilə bağlı müzakirələr aparılırmı?

- Bakı şəhəri ərazisi və əhalisinin sayına baxmayaraq heç bir özünü idarəetmə fomasına malik deyil. Idarəçiliyi dövlət rəhbərliyinin nümayəndələri həyata keçirir. Paytaxtın xüsusi məsuliyyəti və vəzifələri var. Buna görə də, Konqres "Paytaxtın statusu haqqında" xüsusi qanun qəbul etməyi məsləhət görür.

Konqres təklif edir ki, bu qanun vətandaşlar tərəfindən seçilən şəhər səviyyəsində Şuradan keçən özünü idarəetməni müəyyənləşdirsin.

Baxmayaraq ki, paytaxt bəzən iqtisadi səbəblər və effektivlik səbəbindən yerli maraqların hüdudlarından kənara çıxan məsələlərə baxır, demokratik yolla seçilmiş Şura tərəfindən idarə olunmalıdır.

Mən, 2006-cı ilin iyununda Bakıya səfərim zamanı bu məsələ barədə Azərbaycan prezidenti ilə fikir mübadiləsi aparmışam, lakin mən bilmirəm ki, bu məslə Azərbaycan hökumətində müzakirə olunubmu.

- Konqyres Gürcüstanda tətbiq olunan mer seçkisi modelini Azərbaycan üçün qəbulolunan hesab edirmi?S

- Gürcüstan qanunlarına əsasən meri üzvləri vətəndaşlar tərəfindən seçilən Bələdiyyə Şuaraları seçir. Tiflisdə Şura meri təyin edən icra orqanını formalşdırır. Bu sistem Avropa Yerli Özünüidarə Xartiyasının tələbləri ilə müvafiq olaraq uzlaşdırılıb.

Gürcüstan Yerli Hakimiyyətlər Milli Assosiasiyası seçkilər prosesinə cəlb olunmayıb.

- Avropa Şurası yerli və regional hakimiyyətlər Konqresinin Ermənisutan nümayəndə heyəti dəfələrlə Cənubi Qafqaz Bələdiyyə Assosiasiyalarının əməkdaşlığı təklifi ilə çıxış edib. Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nizamlanana qədər Ermənistan bələdiyyələri ilə əməkdaşlığı real hesab etmir Siz bu təşəbbüsü nücə qiymətləndirirsiniz?

- Azərbaycan və Ermənistan Avropa Şuraslna qoşularkən onlar Dağlıq Qarabağın statusnun müəyyən olunması ilə bağlı öz üzərlərinə öhdəlik götürüblər. Konqres vəziyyətin yaxşılaşdırılması üçün, bələdiyyələr səviyyəsində əməkdaşlıq da daxil olmaqla ölkələrə istənilən yolla yardım göstərilməsinə davam edir.

Bələdiyyə Assosiasiyalarının yaradılması Cənub-şərqi avropa ölkələri arasında əməkdaşlığı əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Xəbər lenti

Xəbər lenti