...

Azərbaycan prezidenti Tacikistanda görüşlər keçirir

Siyasət Materials 5 Oktyabr 2007 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Hökumət iqamətgahında Tacikistan Respublikasının prezidenti Emomali Raxmonla İlham Əliyevin görüşü keçirilib. Görüş zamanı Tacikistan və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələlərinin geniş spektri müzakirə olunub. Dövlət başçıları bu il həyata keçirilmiş qarşılıqlı səfərlərdən razılıqlarını bildirərək imzalanmış sənədlərin həyata keçirilməsi ilə bağlı fikir münbadiləsi aparıblar. Tərəflər səfərlər zamanı əsası qoyulan siyasi və hüquqi bazanın hərtərəfli əməkdaşlığın gələcək inkişafı üçün arzuolunan nəticələr verəcəyinə əminliklərini bildiriblər. Söhbət zamanı qeyd olunub ki, əldə olunmuş razılıqların uğurla həyta keçiriləcəyi təqdirdə iqtisadi-ticari əlaqələr yeni təkan alacaq və əmtəə dövriyyəsinin həcmi artacaq. Həmsöhbətlər həmçinin MDB dövlət başçılarının növbəti sammiti, regional və beynəlxalq təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda, regional və qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti