...

İcəri Şəhər Qoruğunun rəisi: "İçəri Şəhərin baş planı hazırlanır"

Siyasət Materials 5 Oktyabr 2007 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/Heydər Əliyev Fondunun dəstəyi ilə İçəri Şəhərin baş planı hazırlanır və 2008-ci ilin yayında hazır olacaq. Bu barədə cümə günü Bakıda İçəri Şəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin rəisi Kamran İmanov məlumat verib.

"İçəri Şəhərin idarəetmə planı olmalıdır və bu plan hazırlanır. Bu günə qədər İçəri Şəhərin baş planı olmayıb və bu plan da hazırlanır. Baş planın məqsədi tarixi-memarlıq qoruğunun necə qoruyub saxlamaq məsələsinə aydınlıq gətirməkdir", -deyə İmanov əlavə edib.

Onun sözlərinə görə, YUNESKO tərəfindən qorunan tarixi-memarlıq kompleksində 600-dən artıq abidə yerləşir. Baş planda bu abidələrin necə qorunması məsələsinə ayrı-ayrılıqda aydınlıq gətirilib.

İçəri Şəhər 2000-ci ildən YUNESKO-nun ümumdünya mədəni irs siyahısına daxil edilib. Amma təhlükə qarşısında olan mədəni abidələrin siyahısına. İmanov vurğulayıb ki, İçəri Şəhərin qorunması və idarə olunması sahəsində görülən işləri nəzərə alaraq, YUNESKO 2008-ci ildə İçəri Şəhərin təhlükə qarşısında olan mədəni abidələrin siyahısından çıxırılması haqqında qərar qəbul edib.

"2007-ci ilin yanvarın 15-dən etibarən heç bir tikinti aparılmır. Yalnız müəyyən şərtlər çərçivəsində, bərpa işlərinə icazə verilir", -deyə qoruq rəisi əlavə edib.

Xəbər lenti

Xəbər lenti