...

Türkiyəli diplomat: "Azərbaycan, Türkiyə və İsrail arasında əlaqələri inkişaf etdirmək lazımdır"

Siyasət Materials 6 Oktyabr 2007 14:01 (UTC +04:00)
Türkiyəli diplomat: "Azərbaycan, Türkiyə və İsrail arasında əlaqələri inkişaf etdirmək lazımdır"

İsrail, Qüds/ Trend müxbir R.Məmmədov/ Türkiyənin İsraildəki Fövqəladə və Səlahiyyətli səfiri Namik Tanla Trend in müsahibəsi

- Cənab səfir, Siz Yaxın Şərqdəki Azərbaycanlıların Konqresi kimi diaspor qurumunun yaradılmasını dəstəkləyənlərdən birisiniz. Siz bu ideyanın perspektivlərini necə görürsünüz?

- Bizim üçün Azərbaycanla əlaqələrimiz, eləcə də İsrail dövləti əlaqələr mühüm strateji əhəmiyyət kəsb edir. Mən hesab edirəm ki, biz üçtərəfli əsasda əməkdaşlığı və əlaqələrimizi genişləndirməli və inkişaf etdirməliyik. Azərbaycanlılar bütün dünyada, həmçinin İsraildə də bizim qan qardaşlarımızdırlar. Bir neçə ay əvvəl biz hələ bir-birimizi tanımırdıqsa, bugün bir-birimizlə doğma dildə danışırıq və başa düşürük. Bu, bizim xalqlarımızın zəngin mədəni və tarixi irsindən xəbər verir. Biz bununla çox fəxr edirik. Mən bu Konqresdə bu regionda Azərbaycan və Türkiyənin maraqlarını qorumağa hazır olan türk dünyası lobbisinin real və həqiqi nümayəndələrini görürəm. Mən, Türkiyə Respublikasının İsrail dövlətindəki səfiri kimi təşkilatın Türkiyə, İsrail və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq və tərəfdaşlığa yardım edəcək perspektiv layihələrinə hər bir köməyi göstərməyə hazıram.

- Sizin fikrinizcə, Azərbaycanın enerji ehtiyatlarının Türkiyə və İsrail vasitəsilə dünya bazarlarına çıxarılması perspektivləri necədir?

- Hazırda Türkiyə dünyanın mühüm tranzit nöqtələrindən biridir. Qərbə gedən bir çox boru kəmərləri Türkiyədən keçir. Bakı-Tiflis-Ceyhan strateji neft kəməri mənim ölkəmdən keçir. Bu nöqteyi-nəzərdən qeyd etmək istəyirəm ki, İsrailə münasibətdə çoxprofilli boru kəmərləri strategiyası mövcuddur. Bu boru kəmərləri strategiyası vasitəsilə Qara dənizdən enerji resursları, neft və qaz Aşkelona (Cənubi İsrail), Aşkelondan illərlə boru kəmərinin mövcud olduğu və fəaliyyət göstərdiyi Eylata nəql olunacaq. Eylatdan isə Azərbaycanın enerji ehtiyatlarının Uzaq Şərq, Çin və Hindistan bazarlarına tədarük olunması üçün real və perspektiv imkanlar mövcuddur. Bu boru kəmərləri strategiyası ilə yanaşı olaraq biz Qara və Qırmızı dənizlərin birləşməsinin şahidi olacağıq. Bu çox genişmiqyaslı, həm də əlverişli, gəlirli və qlobal layihədir. Bununla əlaqədar, qısa zamanda Türkiyənin energetika nazirinin dəvəti ilə İsrailin infrastruktur naziri Binyamin Ben-Eliezerin Türkiyəyə səfəri gözlənilir. Əlbəttə, mənim yuxarıda təsvir etdiyim layihə gələcək danışıqlarda müzakirə olunacaq məsələlərdən biri olacaq.

- ABŞ-dakı bəzi yəhudi lobbisi təşkilatları tərəfindən qondarma "erməni soyqırımı"nın tanınması İsrail və Türkiyə arasında strateji tərəfdaşlığa necə təsir edib?

- Düzünü deyim ki, İsrail lobbi qrupu olan Antidiffamasiya Liqasının qərarı bizi şoka saldı və çox kədərləndirdi. Uzun illər boyu bizim yəhudi lobbi təşkilatları ilə isti və etibarlı əlaqələrimiz qurulub. Hesab edirəm ki, bu cür qərar ABŞ-dakı güclü erməni lobbisinin təsiri ilə qəbul olunub. Aydındır ki, biz bu qərarı qəbul edə bilməzdik. Həmişə israilli dostlarımızla görüşəndə biz qeyd edirdik ki, onlar ABŞ-dakı israil lobbi təşkilatlarına təyziq etməlidirlər. Bu nöqteyi-nəzərdən, İsrail siyasi təşkilatının mövqeyi bizi kifayət qədər səviyyədə qane edib. İsrail prezidenti Şimon Peres qondarma "erməni soqırımı" məsələsinə münasibət bildirərək söyləyib ki "tarixi tarixçilər araşdırmalıdırlar, siyasətçilərin işi isə siyasətin mənzərəsini müəyyənləşdirməkdir". İrsailin bu aydın mövqeyindən çıxış edərək Türkiyə hökumət başçısı Ərdoğan bu problemin tarixi araşdırılması üçün Ermənistan Respublikasının rəhbərliyinə birgə komissiya yaratmağı təklif edib. Bu nöqteyi-nəzərdən, biz problemə aydın və ağıllı yanaşmaya görə İsrail rəhbərliyinə minnətdarıq. Biz israilli dostlarımızdan yalnız onu xahiş edirik ki, amerikalı qardaşlarına izah etsinlər ki, tarixi ani siyasi tərəfkeşliyə əsasən "yazmaq" lazım deyil. Bununla yanaşı biz özümüz də İsrail lobbi təşkilatlarından olan dostlarımıza həm bizim diplomatik nümayəndəliklərimiz, həm də ABŞ-dakı türk diasporunun səyləri ilə mövqeyimzi çatdırmağa çalışırıq. Bu mənada İsraildən bizə yardım etməsini istəyirik.

- Cənab səfir, siz hazırkı mərhələdə Türkiyə və İsrail arasındakı strateji əməkdaşlıq səviyyəsini necə qiymətləndirirsiniz?

- Bu faktdır ki, İsrail və Türkiyə arasında ciddi və geniş strateji əməkdaşlıq mövcuddur. Bu tərəfdaşlıq bizim qarşılıqlı fəaliyyət göstərdiyimiz bütün sahələri əhatə edir. Qarşılıqlı əlaqələr ən yüksək siyasi səviyyədədir. Daimi hərbi-siyasi əməkdaşlıq mövcuddur. Bununla yanaşı insanlar arasında geniş əlaqələr mövcuddur. Türkiyənin hər il 500 min israilli turist qəbul etməsi buna nümunə ola bilər. Biz bu faktdan çox məmnunuq. İsrail və Türkiyə arasında mədəni əlaqələr mövcuddur. Hazırda biz nə vaxtsa Osmanlı İmperiyası hakimiyyətinə məxsus olan binada Türk Mədəniyyət Mərkəzi yaradırıq. Təl-Əviv meriyası və İsrail XİN-i bu məsələdə bizə çox kömək edir. Ölkələrimiz arasında iqtisadi əlaqələr yüksək səviyyədədir, lakin hesab edirəm ki, bizim əlaqələrimizdə mövcud olan potensial hələ tam istifadə olunmayıb. Hazırda Türkiyə və İsrail arasında əmtəə dpvriyyəsi 2,5 mlrd. dollardır, ümid edirəm ki, növbəti 5 il ərzində ticarət dövriyyəsi 5 mlrd. dollara qədər artırılacaq. 2007-ci ilin əvvəlində bizim ticarət nazirimiz İsrailə səfər etdi və onunla birlikdə Türkiyə biznes mühitinin 100-dən çox nümayəndəsi gəlmişdi. Bu səfər ölkələr arasında işgüzar və iqtisadi əlaqələrin daha da genişlənməsinə yardım edib ki, bu da öz növbəsində bizim strateji tərəfdaşlığımızın möhkəmlənməsinə və genişlənməsinə yardım edir.

- Türkiyə XİN rəhbərinin Yaxın Şərq ölkələrinə səfəri ilə bağlı bəzi dünya KİV-ləri "Türkiyənin yeni Yaxın Şərq dünyası təşəbbüsü" barədə yazırlar....

- Türkiyənin yeganə bir məqsədi Yaxın Şərq regionunda sülh, stabillik və təhlükəsizliyə nail olmaqdır. Biz sülhə yardım edəcək istənilən təşəbbüsü dəstəkləyirik. Türkiyə hesab edir ki, Israil və Fələstin münaqişəsinin həll olunması Yaxın Şərqin bir çox problemlərində açar rolu oynayır. Bu nöqteyi-nəzərdən biz bu problemin həllinə yönəlmiş istənilən diplomatik səyləri dəstəkləyirik. Oktyabrın sonunda ABŞ-da Anapolisdə ABŞ dövlət katibi Kondaliza Raysın rəhbərliyi altında sülh konfransının keçirilməsi müzakirə olunacaq. Indiyə qədər nə müzakirə olunan sualların dairəsi, nə bu görüşə dəvət olunan ölkələrin siyahısı müəyyənləşdirilməyib. Lakin biz bu görüşdə iştirak etmək və öz diplomatik səylərimizi göstərməyə hazırıq. Bununla yanaşı, biz Yaxın Şərqin qarşılaşdığı bir çox problemlərin sülh yolu ilə həllinin tərəfdarıyıq: bu həm kürd terrorçuların ağalıq etdiyi Şimali İraq problemi, həm İran və Suriya problemi, həmçinin Əfqanıstandakı nizamlama məsələləridir.

Xəbər lenti

Xəbər lenti