...

Dəvəçidə meyiti tapılmayan Məcidovanın atası Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib

Siyasət Materials 6 Oktyabr 2007 15:40 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafaqov/ Avqustun 6-da Dəvəçi rayonunun Dağ Bilici kəndinin itkin düşmüş 7 yaşlı sakini Reyhanə Məcidovanın meyitinin hələ də tapılmaması ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə (MTN) müraciət edilib, şənbə günü Trend in bölgə müxbirinə onun atası Ramin Məcidov bildirib. Məcidovun sözlərinə görə, qızının meyitinin tapılması üçün axtarış tədbirləri gücləndirilməlidir.

Dəvəçi rayonu Dağ Brizi kəndində bir ailənin iki qız övladı - 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidovalar itkin düşüb. Dəvəçi rayon Polis Şöbəsinin axtarışı nəticəsində Nailə Məcidovanın meyiti tapılıb və bacıların öldürüldüyü müəyyənləşdirilib. Cinayəti törədənlər Təvəkkül və Elnur İsmayılovlar qardaşları saxlanılıb. Təvəkkül İsmayılovun həmkəndlisi Qələgah kənd sakini Ənvər Müslümov isə bu günlərdə şübhəli şəxs qismində saxlanılıb.

Cinayət işi ilə əlaqədar yaradılan istintaq-əməliyyat qrupunun üzvü Dəvəçi rayon Prokurorluğunun müstəntiqi Rəşad Ağakişiyev isə Trend ə bildirib ki, Məcidovanın meyitinin tapılması üçün intensiv axtarışlar davam etdirilir. Bunun üçün Samur-Abşeron kanalının suyu bir neçə dəfə tamamilə kəsilib.

Xəbər lenti

Xəbər lenti