...

Müxalifətyönlü partiya prezidentliyə namizədini elan edəcək

Siyasət Materials 6 Oktyabr 2007 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Böyük Quruluş Partiyasının (BQP) oktyabrın 28-də keçiriləcək Ali Məclisində partiyanın prezidentliyə namizədi rəsmən elan olunacaq. Bu barədə şənbə günü Trend ə BQP-nin sədri Fazil Qəzənfəroğlu məlumat verib.

Qəzənfəroğlunun sözlərinə görə, partiya üzvləri prezident seçkilərində onun namizədliyini irəli sürmək niyyətindədir.

O, əlavə edib ki, BQP-nin gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində öz namizədi ilə iştirak etmək qərarı var. Oktyabrın 28-də isə Qəzənfəroğlunun partiyanın namizədi olması barədə qərar veriləcək.

Müxalifətyönlü BQP 2004-cü ildə yaradılıb, 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın sədri Fazil Qəzənfəroğlu Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti