...

NATO Parlament Assambleyasının komitə iclasında İranın Ermənistanla müttəffiqlik münasibətləri qurması pislənilib

Siyasət Materials 6 Oktyabr 2007 17:20 (UTC +04:00)
NATO Parlament Assambleyasının komitə iclasında İranın Ermənistanla müttəffiqlik münasibətləri qurması pislənilib

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyəti İranın işğalçı Ermənistan dövləti ilə müttəffiqlik münasibətləri qurmasına etiraz edib. Bu məsələ NATO PA-nın mülki təhlükəsizlik və müdafiə komitəsinin şənbə günü keçirilən iclasında müzakirə olunub. Azərbaycanın NATO PA-dakı üzvü Siyavuş Novruzov telefonla Trend ə bildirib ki, müzakirələrdə İranın islam ölkəsi olmasına baxmayaraq, Azərbaycanın 20 faizdən çox ərazisini işğal edən Ermənistanla əlaqə qurması pislənilib.

Oktyabrın 6-da İslandiyada NATO PA-nın payız sessiyası işinə başlayıb. Sessiyadan öncə komitələrin iclasları keçirilir. Mülki təhlükəsizlik və müdafiə komitəsinin şənbə günü keçirilən iclasında "Cənubi Qafqaz və islam" mövzusunda müzakirələr aparılıb.

Novruzov komitə iclasında Azərbaycanda mövcud olan dini tolerantlığın digər ölkələrə örnək olmasının da vurğulandığını deyib. Onun sözlərinə görə, günün sonunda sessiyada Cənubi Qafqaz ölkələrinin NATO-ya inteqrasiyası mövzusunda Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndə heyətlərinin hesabatları dinləniləcək. Azərbaycanın hazırladığı hesabatda Dağlıq Qarabağ problemi, həmin ərazilərdə qanunsuz silahların yerləşdirilməsi və digər məsələlər də əksini tapıb.

Xəbər lenti

Xəbər lenti