...

Azərbaycan hərbçiləri Albaniyada keçirilən təlimlərə qatılıblar

Siyasət Materials 8 Oktyabr 2007 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq Azərbaycan Milli Ordusunun zabitləri Albaniyanın Tirana şəhərində keçirilən "Cooperative Lancer/ /Longbow 2007" təlimlərinə qatılıb, bazar ertəsi Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, bazar günü başlanılan təlimlər oktyabrın 16-na kimi davam edəcək.

Azərbaycan hərbçiləri, həmçinin Almaniyanın Oberammerqau şəhərində "Maddi-Texniki Təminat" üzrə kurslarda iştirak edirlər.

Azərbaycan ilə Rumıniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakıda "Strateji Müdafiə icmalının hazırlanması və müdafiənin planlaşdırılması" üzrə kurslar başlayıb. Azərbaycan və Rumıniya hərbçilərinin qatıldığı kurslar oktyabrın 12-nə kimi davam edəcək.

Xəbər lenti

Xəbər lenti