...

İran Azərbaycanda nəşr edilən yeni xəritəyə etiraz edib

Siyasət Materials 8 Oktyabr 2007 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir D.Xatınoğlu/ İran Milli Təhlükəsizlik Komissiyası və Milli Məclisinin xarici siyasət üzrə rəhbəri Əlaəddin Burucerdi Azərbaycanda nəşr edilən yeni atlas xəritəsinə etiraz edərək bildirib ki, bu xəritədə İran və bəzi qonşu ölkələrin ərazisinin Azərbaycan ərazisi kimi göstərilməsi ABŞ və sionizmin bölgədə yürütdüyü siyasətin göstəricisidir.

İranın İSNA agentliyinin oktyabrın 7-də verdiyi məlumata əsasən, Burucerdi əlavə edib ki, İran qonşu ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır. "Ərazi iddiası məsələsi qalxsa, birinci, İrandan ayrılmış (Azərbaycan) ərazi geri qaytarılmalıdır" - deyə Burucerdi bildirib.

İSNA agentliyinin oktyabrın 6-da yaydığı məlumata əsasən, Azərbaycan Milli Akademiyasının Tarix İnstitutu tərəfindən yeni nəşr edilən atlas xəritədə İran və bəzi qonşu ölkələrin ərazisi Azərbaycan ərazisi kimi göstərilib. AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, bu xəritə Azərbaycanın orjinal xəritəsidir və göstərilən əraziləri ədalətsiz qərarlar çıxarılması nəticəsində tarix boyu Azərbaycandan ayırıblar. Mahmudov əlavə edib, yaxın gələcəkdə bu xəritə rus və ingilis dillərində dünyanın bir çox ölkələrinə də yayılacaq.

Xəbər lenti

Xəbər lenti