...

XİN-in mətbuat katibi: "Azərbaycanı Ermənistanın KTMT çərçivəsində silahlanması narahat edir

Siyasət Materials 8 Oktyabr 2007 16:06 (UTC +04:00)
XİN-in mətbuat katibi: "Azərbaycanı Ermənistanın KTMT çərçivəsində silahlanması narahat edir

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Düşənbədə keçirilən görüş zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinə Rusiya silah-sursatının, Rusiyada mövcud olan qiymətlərə uyğun olaraq çatdırılmasına dair razılıq çərçivəsində, Ermənistanın silahlanması Azərbaycanı narahat edir. Bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim məlumat verib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinə Rusiya silah-sursatının Rusiyada mövcud olan qiymətlərə uyğun olaraq çatdırılmasına dair razılıq təşkilatın dövlət başçlarının oktyabrın 6-da Düşənbədə keçirilən sammiti çərçivəsində qəbul olunub. Ermənistan bu təşkilatın üzvüdür.

"Azərbaycan ümid edir ki, Rusiya Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinə Rusiya silah-sursatının Rusiyada mövcud olan qiymətlərə uyğun olaraq çatdırılmasına dair razılıq çərçivəsində Ermənistan silah-sursat əldə edərsə, Rusiya tərəfi Azərbaycanın narahatçılığını başa düşəcək" - deyə İbrahim bildirib.

Onun sözlərinə görə, qərar təşkilat çərçivəsində qəbul olunub. "Lakin Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri olduğunu nəzərə alsaq, biz ümid edirik ki, belə bir addımın atılacağı tədqirdə, Rusiya bütün incəlikləri nəzərə alacaq", - deyə o bildirib.

İbrahim qeyd edib ki, Avropada adi silahlı qüvvələr haqqında müqavilə çərçivəsində flanq silahlanma müqaviləsinin pozulduğu təqdirdə, Azərbaycan tərəfi Rusiya tərəfinə bu məsələ ilə bağlı narahatçılığını çatdıracaq. İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki , nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti