...

Vilnüsdə GUAM-ın on illiyi qeyd olunacaq

Siyasət Materials 8 Oktyabr 2007 19:56 (UTC +04:00)

Ukrayna, Kiyev/ Trend , müxbir Z.Novosvitski/ Vilnüsdə GUAM-ın on illiyi münasibəti ilə təşkilata üzv ölkələrin (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) dövlət başçılarının görüşü keçiriləcək. Bu barədə bazar ertəsi Kiyevdən GUAM katibliyindən məlumat verilib.

Oktyabrın 10-da GUAM-ın yaradılmasının 10 illiyi qeyd olunacaq. GUAM katibliyindən bildiriblər ki, dövlət başçılarının görüşü oktyabrın 10-11-də Vilnüsdə keçiriləcək energetika sammiti çərçivəsində baş tutacaq. GUAM Məsləhətçi Forumu 10 oktyabr 1997-ci ildə Strasburqda Avropa Şurası sammiti çərçivəsində yaradılıb. GUAM birliyinin əsası 7 iyun 2001-ci ildə Dövlət başçılarının sammiti çərçivəsində GUAM Yalya Xartiyasının imzalanması ilə qoyulub. Demokratiya və iqtisadi inkişaf təşkilatı GUAM 23 may 2006-cı ildə Kiyev sammitində yaradılıb.

Xəbər lenti

Xəbər lenti