...

Səfir: "Azərbaycan Şimali Atlantika cəmiyyətinə daha sıx inteqrasiya ilə çıxmaq niyyətindədir"

Siyasət Materials 9 Oktyabr 2007 12:57 (UTC +04:00)
Səfir: "Azərbaycan Şimali Atlantika cəmiyyətinə daha sıx inteqrasiya ilə çıxmaq niyyətindədir"

Azərbaycan, Bakı / S.Ağayeva / Azərbaycan Niderlandla əməkdaşlıq vasitəsilə Şimali Atlantika cəmiyyətinə daha sıx inteqrasiya ilə çıxmaq niyyətindədir. Bu barədə Azərbaycanın Niderlanddakı səfiri Fuad İsgəndərov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın Avropa strukturlarına inteqrsiyası, NATO ilə əməkdaşlıq ölkənin xarici siyasəti üçün vacib istiqamətdir. Niderlandla ikitərəfli əlaqələrin genişləndirilməsi isə çoxtərəfli əməkdaşlıq məsələsinin həllinə yardım edəcək.

"Yaxın vaxtlarda Niderlandda açılan Azərbaycan səfirliyi artıq bu istiqamətdə fəal işə başlayıb" - deyə səfir bildirib.

"Hesab edirəm ki, indi əməkdaşlığın səviyyəsi iki ölkə arasında münasibətlərin potensialına tam cavab vermir. İnanıram ki, yüksək keyfiyyətli iqtisadi əlaqələr daha fəal siyasi dialoq üçün yaxşı bazis ola bilər" - deyə diplomat vurğulayıb.

Səfir bildirib ki, diplomatik nümayəndəliyin işinin digər vacib istiqaməti BMT, ATƏT, AŞPA, NATO və Aİ kimi beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsidir.

Azərbaycan, həmçinin beynəlxalq hüquq sahəsində Haaqa təcrübəsini öyrənmək və Azərbaycanda hüquq islahatlarını reallaşdırmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti