...

Azərbaycanın mədəniyyət abidələri İran abidələri kimi göstərilir

Siyasət Materials 9 Oktyabr 2007 16:10 (UTC +04:00)
Azərbaycanın mədəniyyət abidələri İran abidələri kimi göstərilir

Azərbaycan, Bakı /. Trend , müxbir K. Ramazanova/ Azərbaycan mədəniyyət abidələri bir çox xarici tədqiqatçılar tərəfindən İran abidələri kimi göstərilir. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktoru Məmməd Adilov Amerika səfiri ilə görüşündə bildirib.

"Bu səhvləri aradan qaldırmaq üçün biz xarici ölkələrin alimləri ilə əlaqə qurmalıyıq. Biz onlara bu sahədə məlumat verərik", - deyə Adilov bildirib.

Öz növbəsində, Amerika səfiri də alimlər arasında mübadiləni vacib hesab edərək, dedi ki, hətta Amerikada bu sahədə oxuyanlara da bu resursların xeyri ola bilər.

Görüşdə direktoru institut haqqında məlumat verərək bildirdi ki, burada Azərbaycan və xarici yazıçıların 12 mindən çox əlyazması saxlanılır.

Xəbər lenti

Xəbər lenti