...

ABŞ-ın Azərbaycandakı səfiri "Erməni soyqırımı"nın tanınmasına dair qətnamənin qəbul olunmasının əleyhinədir

Siyasət Materials 9 Oktyabr 2007 16:42 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfiri "Erməni soyqırımı"nın tanınmasına dair qətnamənin qəbul olunmasının əleyhinədir

Azərbaycan, Bakı / Trend , müxbir K. Ramazanova/ ABŞ administrasiyası "Erməni soyqırımı"nın tanınmasına dair 106-cı Qətnamənin qəbul olunmasının əleyhinədir. Bu barədə çərşənbə axşamı jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi məlumat verib.

"Qətnamənin qəbul olunduğu təqdirdə belə, bu ABŞ-ın xarici siyasətinə təsir göstərməyəcək, çünki Konqres ayrı bir strukturdur" - deyə səfir bildirib.

ABŞ Konqresi qətnamə layihəsi hazırlayıb. Layihədə göstərilir ki, 20-ci əsrin əvvəlində ermənilər Osmanlı imperiyasının ərazisində türklər tərəfindən törədilən soyqırıma məruz qalıblar. Ermənilər iddia edir ki, soyqırım zamanı 1,5 mln. erməni qətlə yetirilib.

ABŞ Konqresinin xarici işlər üzrə komitəsində 106-cı qətnamə ilə bağlı aparılan səsvermə oktyabrın 10-u baş tutacaq. Nümayəndələr Palatasının əksəriyyətinin lideri, konqresmen Steni Xoyer bəyan edib ki, "erməni soyqırımı"na dair 106-cı Qətnamə Şükranlıq Gününə, yəni noyabrın 25-nə kimi ABŞ-ın Nümayəndələr Palatası tərəfindən qəbul olunacaq.

"Bu hadisələrin Türkiyənin hazırki hökuməti ilə heç bir əlaqəsi yoxdur. Qətnamə ermənilərin faciəsi naminə qəbul olunur və biz əminik ki, bu, məhz soyqırımdır" - deyə o bildirib.

Türkiyə dəfələrlə ABŞ-ı xəbərdar edib ki, 106-cı Qətnamənin qəbul olunduğu təqdirdə, Amrerika-Türkiyə münasibətləri pisləşə bilər.

Qətnamə Nümayəndələr Palatasına 2007-ci il yanvarın 30-da konqresmen Adam Şiff tərəfindən təqdim olunub. Hazırda Qətnaməni 227 konqresmen dəstəkləyir.

ABŞ prezidenti Corc Buş dəfələrlə "erməni soyqırımı"nın tanınmasının əleyhinə çıxış edib. ABŞ-ın dövlət katibi və səkkiz keçmiş dövlət başçıları da bu qətnamənin qəbul olunmasının əleyhinə çıxış eiblər.

ABŞ-ın Azərbaycandakı səfiri qeyd edib ki, bu problemin yeganə həll yolu tarixçilər və xalq arasında dialoqun yaradılmasıdır.

Xəbər lenti

Xəbər lenti