...

Qız Qalasından bir nəfər özünü atıb (yenilənib) (video)

Siyasət Materials 9 Oktyabr 2007 16:52 (UTC +04:00)
Qız Qalasından bir nəfər özünü atıb (yenilənib) (video)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Bakı şəhərinin mərkəzində - Qız Qalasından bir nəfər kişi özünü atıb. Bu barədə Trend ə "Xalq jurnalisti" layihəsi çərçivəsində, operativ olaraq, bir jurnalist məlumat verib.

Qaladan özünü atan adamın şəxsiyyəti hələlik məlum deyil. Hadisə yerində Səbail rayon polis əməkdaşları və təcili tibbi yardım xidməti var. Həkimlər qaladan özünü atan kişinin artıq öldüyünü bildiriblər.

Hadisə yerində olan Səbail rayon prokurorunun müavini Elçin Sultanov bildirib ki, mərhumun üzərindən heç bir sənəd tapılmayıb. Yalnız əlində dərman flakonu olub. Onun hansı dərman olduğu hələlik məlum deyil.

Şahidlərdən birinin dediyinə görə, şəxsiyyəti bilinməyən həmin kişi qalanın başında olarkən nəzarətçi həmin şəxsə xəbərdarlıq edib ki, çevrə daşının üstündə oturmaq olmaz. Həmin şəxs nəzarətçinin sözünə əməl edərək yerindən qalxıb və kənara çəkilib. Lakin bir neçə dəqiqədən sonra o, yenidən divara yaxınlaşaraq, qəfildən özünü aşağı atıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, XII əsrə aid tarixi abidə olan Qız Qalasının hündürlüyü 28 metrdir.

Xəbər lenti

Xəbər lenti