...

Ukraynalı politoloq: "Ukraynanın baş nazir postunda daha çox şans Yuliya Timoşenkoya məxsusdur"

Siyasət Materials 10 Oktyabr 2007 15:46 (UTC +04:00)
Ukraynalı politoloq: "Ukraynanın baş nazir postunda daha çox şans Yuliya Timoşenkoya məxsusdur"

Azərbaycan, Bakı / Trend müxbir A. Qasımova/ "Ukraynanın baş nazir postunda daha çox şans Yuliya Timoşenko Blokunun (YTB) lideri Yuliya Timoşenkoya məxsusdur" - deyə Siyasi Dəyərlərin Tədqiqi Mərkəzinin rəhbəri, politoloq Oles Doni hesab edir.

Sentybrın 30-da Ukraynada vaxtından əvvəl parlament seçkiləri keçirilib. Nəticələrə görə, səslərin əksəriyyətini Regionlar Pratiyası (Viktor Yanukoviç) və YTB əldə edib.

Doninin sözlərinə görə, "Narıncı" koalisiyada yalnız Timoşenko baş nazir ola bilər. Belə ki, əgər "Ağ-mavi" koalisiya yaradılsa belə, yenə də "Bizim Ukrayna-Xalq Özünümüdafiəsi" və YTB-dan ibarət "Narıncı" koalisiya daha çox şansa malik olacaq. Eyni zamanda, o qeyd edib ki, Timoşenkonun nazir olacağına zəmanət vermək olmaz. Çünki prezident Viktor Yuşenko ilə Timoşenko arasında xeyli "sualtı daşlar" mövcuddur. Ekspert bunu açıqlamaqdan çəkinib.

Doninin sözlərinə görə, Yuşenko öz koalisiyasını yarada bilməz, lakin istənilən koalisiyanı dağıda bilər. "Buna görə indi Timoşenkonun baş nazir postuna keçməsinin nə dərəcədə real oması barədə danışmaq çətindir" - deyə ekspert bildirib.

Hakimiyyətin əvəzlənməsindən sonra Rusiya ilə münasibətlərə toxunan ekspert qeyd edib ki, hətta bu halda belə iki ölkə arasında olan münasibətlərdə heç nə dəyişməyəcək.

"Əgər borc yığılırsa, onu ödəmək lazımdır. Əlbəttə ki, bu, Ukraynanın "Qazprom"a olan borcuna da aiddir" - deyə ekspert bildirib.

Ukraynanın Rusiya "Qazprom"una borcu "Ukrqaz-Enerqo"nun RosUkrEnergo (RUE) şirkətinə olan 1 mlrd.- dan çox həcmdə vaxtı keçmiş borcu ödəməməsi nəticəsində yaranıb.

Dünən Ukrayna və Rusiya qaza görə yaranan borc ətrafında mübahisənin nizama salınmasına dair razılığa gəliblər. Bu borc "RosUkrEnerqo" vasitəçi-şirkətin anbarında mövcud olan mülkiyyətin "Qazprom"a verilməsi yolu ilə ödənməlidir.

Xəbər lenti

Xəbər lenti