...

MSK sədri: "Siyasi partiyaların seçkiyə münasibəti xeyli yaxşılaşıb"

Siyasət Materials 10 Oktyabr 2007 17:55 (UTC +04:00)
MSK sədri: "Siyasi partiyaların seçkiyə münasibəti xeyli yaxşılaşıb"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda siyasi partiyaların seçkilərə münasibəti əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb. Bu fikirləri Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə günü jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycanın bir sıra müxalifət partiyaları gələn il keçiriləcək prezident seçkilərini boykot edəcəklərini deyirlər. Buna münasibətini açıqlayan Pənahov bildirib ki, o, müxalifətçilərin radikal fikirlərinə rast gəlməyib: "Siyasi partiyalar indi daha çox seçkidə iştirak barədə düşünürlər. Çünki başa düşürlər ki, seçkidə iştirak etmək ölkədə və dünyada hamı tərəfindən dəstəklənir" - deyə Pənahov bildirib.

O, müxalifətin seçki komissiyalarının tərkibinə dair iradlarına münasibətini açıqlayıb. MSK sədrinin sözlərinə görə, heç bir ölkədə Azərbaycandakı kimi siyasi partiyalar seçki komissiyalarında təmsil olunmurlar. Məsələn, qonşu Gürcüstanı nümunə göstərən Pənahov bildirib ki, orada seçki komissiyasının üzvləri və sədri prezident tərəfindən təyin olunur.

Xəbər lenti

Xəbər lenti