...

Brüsseldə Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək

Siyasət Materials 10 Oktyabr 2007 18:11 (UTC +04:00)
Brüsseldə Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək

Qazaxıstan. Astana/ Trend , müxbir K.Konırova/ Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi üzrə əldə olunacaq qərarın uzunmüddətli olması üçün bütün səylərini göstərəcək. bu barədə çərşənbə günü Astanada brifinqdə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə Ali Komissarı Havyer Solana bildirib.

Onun sözlərinə görə, münaqişənin həlli mexanizmi artıq mövcuddur. Ali komissar bildirib ki, Aİ və Azərbaycan arasında yaxşı əməkdaşlıq mövcuddur, Azərbaycan Aİ-nin Yeni qonşuluq siyasətinə qoşulub.

Gələn həftə Solana Brüsseldə Azərbaycanın xarici işlər nazirliyinin nümayəndələri ilə görüşmək niyyətindədir. O, həmçinin, Ermənistan prezidenti ilə görüşməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti