...

Müxalifət partiyaları Seçki Məcəlləsi ilə bağlı danışıqlara başladılar

Siyasət Materials 11 Oktyabr 2007 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı, müxalifətin vahid təkliflər hazırlaması üçün, cümə axşamı partiyaların birgə işçi qrupu yaradılıb. Bu barədə cümə axşamı Trend ə Klassik Xalq Cəbhəsi Partiyasından (KXCP) məlumat verilib.

KXCP-nin qərargahında on beşə yaxın siyasi partiyanın nümayəndələrinin iştirakı ilə toplantı keçirilib. Seçki Məcəlləsinə dair vahid təkliflər paketinin hazırlanması qərara alınıb. Bu məqsədlə yaradılan işçi qrupunun toplantısı oktyabrın 17-də KXCP-nin qərargahında keçiriləcək, hər partiyanın təklifi müzakirəyə çıxarılacaq.

Görüşdə KXCP, Milli Demokrat, Azadlıq, Tərəqqi, AMİP, Ümid, Böyük Quruluş, Açıq Cəmiyyət, Xalq, Ədalət partiyaları, "Azərbaycan yolu" siyasi hərəkatı, "Bizim Azərbaycan" blokunun nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti