...

Bakı Fond Birjasında Milli Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Siyasət Materials 11 Oktyabr 2007 20:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Oktyabrın 17-də saat 11:00-dan 12:30-a qədər Bakı Fond Birjasında Milli Bankın notlarının yerləşdirilməsi ilə bağlı hərrac keçiriləcək.

Notların dövlət qeydiyyat nömrəsi 501041216S, emissiyanın həcmi 60 000 000 AZN, hərraca təqdim olunan həcm 50 000 000 AZN, bir notun nominalı 200 AZN, müraciət müddəti isə 28 gündür. Ödəmə tarixi 14 noyabrdır.

Hərraca notların emissiyasının həcminin 20%-ni ötməyən qeyri-rəqabətli ərizələr qəbul olunur.

Xəbər lenti

Xəbər lenti