...

Rusiya MSK- nın sədri : Dövlət dumasına seçkilər qabağı milli ədavətin qızışdırılmasına yol vermək olmaz

Siyasət Materials 14 Oktyabr 2007 01:11 (UTC +04:00)
Rusiya  MSK- nın   sədri :  Dövlət   dumasına   seçkilər   qabağı   milli   ədavətin   qızışdırılmasına   yol   vermək   olmaz

Rusiya, Moskva / Trend müxbir R. Ağayev/ Rusiya Mərkəzi seçki komissiyasının sədri Dövlət dumasına keçiriləcək seçkilər öncəsi prioritet məsələləri diqqətə çatdərdı.

" Əsas məsələ seçkilərə gəlib iştirak etməkdir ki , sonra deməyəsən mənim əvəzimə səs verdilər . İkiknci məsələ daha mürəkkəbdir , ona görə ki , o tək bizdən əsılı məsələ deyil . Bu məsələ seçkilər vaxtı qanunu pozmamaqdan ibarətdir , o cümlədən , milli ədavətin yayılmasının mümkünsüzlüyü qanununu . Heç bir tərəfdə bu qanunun pozulmasında fikir belə yaranmamalıdır , və əkstəbliğat aparılmamalıdır ". Bu cür bəyanatla Rusiya MSK-nın sədri Vladimir Çurov RF-də fəaliyyət göstərən azərbaycan ictimai təşkilatları və regional milli-mədəni muxtariyatların rəhbərləri və nümayəndələri ilə Moskvada keçirilən görüşdə bildirdi .

Ruisya MSK-nın rəhbəri xüsusilə qeyd etdi ki , seçicilərin bir neçə səsinə görə çoxmilli Ruisya xalqının milli hisslərinə toxunmağa imkan vermək olmaz . Bu isə çox vacib andır . " Şəxsən mənim üçün milliyətindən , dərisinin rəngindən , qulağının formasından və s. asılı olmayaraq Rusiya ərazisində yaşayan , Rusiya vətəndaşı olan , rus dilində danışan hər bir insan rusdur . Biz hamımız sizinlə bir xalqıq , və bunu dərk etməyən bizim dövlətin gələcəyini dərk etmir , başa düşmür ki , bura bizim ümumi evimizdir və biz yalnız birlikdə onu tikə bilərik . Çəkişmələr başlasa , bizi Babilistan qülləsinin aqibəti gözləyir - evimiz uçacaq " - deyə Çurov əlavə etdi .

O, həmçinin bu ilki seçkilərin xüsusiyyətləri haqda danışdı , texniki və təşkilati işlərdən . Bundan başqa , o Azərbaycan haqqında öz təəssüratları ilə bölüşdü , Bakı səfərini yada saldı və RF-də milli-mədəni muxtariyyatlar və Milli təşkilatlarla münasibətlərin vacibliyini vurğuladı . Vaxtilə Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə tanışliğını və indiki Azərbaycan prezidenti İlham Əliyevlə olan gözəl münasibətlərini Çurov fəxrlə qeyd etdi . Rusiya MSK-nın başçısı azərbaycan mədəniyyəti - musiqisi , poeziyası , kinosunun bilik və hörmətini nümayiş etdirdi . " Yeri gəlmişkən , biz redaktoru rusiyalı azərbaycanlı İsmayıl Bayram oğlu Həsənov olan " Seçkilər barəsində " jurnal nəşr edirik " - deyə Çurov bildirdli .

Cavab nitqilə çıxış edən Rusiya azərbaycanlılarının Federal milli-mədəni muxtariyyatı " Azərros " prezidenti Soön Sadıkov azərbaycanlıların qanuna riayət edən olduqlarını qeyd etdi . Və onlar başa düşürlər ki , Rusiyanın talehi həmçinin onlardan da asılıdır . Sadıkov bütün rusiya azərbaycanlılarının qanun çərçivəsində seçkilərdə iştirak edəcəyinə , regionla təşkilatların rəhbərlərinin isə bu istiqamətdə lazımi iş aparcağına əmin olduğunu bildirdi . Hər bir Rusiya vətəndaşı olan azərbaycanlı dekbarın 2-də Dövlət dumasına seçkilərdə iştirak etməlidir . " Mən ümidvaram ki , mənim həmyerlilərim Rusiyanın talehinə biganə qalmayacaqlar "- deyə " Azerrus " prezidenti qeyd etdi .

Seçi öncəsi milli ədavət zəminində çaxnaşma yaranmasının təhlükəsindən danışan Sadıkov Rusiyada bə sahədə vəziyyətin mürəkkəb olduğunu etiraf etdi . Bu cür problemlər dəfələrlə süni yaradılır , lakin , Sadıkovun dərin əminliyinə görə azərbaycanlılar bu cür təxribatlara uymurlar və heç vaxt uymayacaqlar . " Rusiyanın gələcəyi naminə azərbaycan milliyətindən olan Rusiya vətəndaşları öz vətəndaşlıq borclarını layiqincə yerinə yetirəcəklər " - deyə " Azərrus " prezidenti yekunlaşdırdı .

Xəbər lenti

Xəbər lenti