...

Yaxın Şərq Azərbaycanlılarının Konqresi Israil parlamentarisinin bəyanatından hiddətlənib

Siyasət Materials 15 Oktyabr 2007 13:51 (UTC +04:00)
Yaxın Şərq Azərbaycanlılarının Konqresi Israil parlamentarisinin bəyanatından hiddətlənib

İsrail, Qüds/ Trend , müxbir R.Məmmədov/İsrail Knessetinin deputatı Ran Kohenin "İsrail Amerika Konqresinin ardınca, 1915-17-ci illərdə erməni xalqına qarşı törədilmiş qondarma "soyqırımı qəbul etməlidir"- bəyanatı tələsik və düşünülməmişdir.

"Yaxın Şərq Azərbaycanlıları Konqresi İsrail prezidenti Şimon Peresin bir dəfə söylədiyi "ermənilərin, yəhudilər kimi, soyqırımına məruz qalmasını iddia etmək mənasızdır. Soyqırımı məsələsində ermənilərin yəhudilərlə eyniləşdirilməsi qəbul olunmazdır"- fikrini bölüşür. Bu nöqteyi- nəzərdən, İsrail siyasi təşkilatının mövqeyi bizi kifayət qədər qane edir",-deyə bazar ertəsi Yaxın Şərq Azərbaycanlıları Konqresinin prezidenti Aleks Şapiro- Süleyman bildirib.

Ötən gün "Merets" partiyasının deputatı Ran Kohen bəyan edib ki, Knesset erməni xalqının "soyqırımı"nı qəbul etməlidir və bu təşəbbüslə Xarici əlaqələr və müdafiə komissiyasının rəhbəri Tsaxi Aneqbiyə müraciət edib. O, təklif edib ki, "soyqırımı" ilə bağlı məsələ komissiyanın müzakirəsinə çıxarılsın. Belə ki, komissiyanın müsbət qərarı olacağı təqdirdə, bu məsələ daha yuxarı instansiyada irəli sürülə bilər. Bu günlərdə İsrail prezidenti Peres "erməni soyqırımı"na münasibət bildirərkən söyləyib ki: "tarixi tarixçilər araşdırmalıdır, siyasətçilərin işi isə , gələcəyin mənzərəsini müəyyənləşdirməkdir".

Şapiro-Süleyman İsrailin ali rəhbərliyinin bu cür yanaşmasını "problemə İsrail və Türkiyə arasında ciddi və tam həcmli əməkdaşlıq ruhuna uyğun olan ağıllı və aydın yanaşma" hesab edir.

Konqresin prezidenti bildirib ki, Kohenlə telefonla danışıb və deputatın bu cür mövqeyi ilə bağlı öz hiddətini bildirib. Knesset deputatı bildirib ki, "soyqırımı" ilə bağlı məsələnin Knessetin iclasına çıxarılmasını təklif etməyib, yalnız Knessetin xarici əlaqələr və müdafiə komissiyası üzvlərinin, tarixçi- tədqiqatçıların iştirakı ilə, bu problemi araşdırmasını istəyib. Bununla əlaqədar, Yaxın Şərq Azərbaycanlıları Konqresinin prezidenti Kohenə Azərbaycan, Türkiyə və Ermənistan tərəfinin, İsrail parlamenti üzvlərinin fəal iştirakı ilə Dəyirmi masa keçirilməsini təklif edib.

"Bəzi Amerika siyasətçiləri sağlam fikir mövqeyindən hərəkət etmək çağırışlarına məhəl qoymayaraq, böyük siyasi maraqları kiçik daxili siyasi oyunlara qurban verməyə cəhd ediblər",-deyə Şapiro- Süleyman bildirib. O, 1915-ci ildə Osmanlı imperiyası dönəmində işğalçı qüvvələrlə əlbir olan ermənilərin bir hissəsinin köçürülməsinin ABŞ Konqresinin Xarici əlqələr komitəsində "soyqırımı" kimi qiymətləndirilməsini qəti şəkildə pisləyərək, bu qərarı "səhv və ilkin olaraq yaranan yalnış təəssürat" adlandırıb. Onun sözlərinə görə, bu qərar ABŞ və Türkiyə arasında dostluq və müttəfiqlik əlaqələrini zədələyəcək.

Yaxın Şərq Azərbaycanlıları Konqresi bazar ertəsi Türkiyənin faciə ilə bağlı arxiv sənədlərinin öyrənilməsi çağırışına dəstəyin ifadə olunduğu bəyanatla çıxış edib.

Konqres bəyan edir ki, "Azərbaycan özü Ermənistan tərəfindən etnik təmizlənməyə məruz qalıb. 1992-ci ildə yüzlərlə qadın, uşaq və qocanın öldürüldüyü Xocalı soyqırımı bunun əyani sübutudur". Eyni zamanda Yaxın Şərq Azərbaycanlıları Konqresi bəyan edir ki, Azərbaycan öz ərazisində Ermənistan tərəfindən haəyata keçirilmiş çoxsaylı terror aktları və işğalın qyrbanı kimi erməni hökuməti və lobbisinin təbliğatın köməyi ilə öz təcavüzkar əməllərini necə gizlədə bilməsi ilə yaxşı tanışdır",-deyə Aleks Şapiro-Süleyman bəyan edib.

Xəbər lenti

Xəbər lenti