...

İsrail deputatı: "İsrail üçün Azərbaycan maraqlı və mühüm ölkədir"

Siyasət Materials 15 Oktyabr 2007 17:52 (UTC +04:00)
İsrail deputatı:  "İsrail üçün Azərbaycan maraqlı və mühüm ölkədir"

İsrail, Qüds/ Trend müxbir R.Məmmədov/

İsrail Knessetinin deputatı Ran Kohen 1915-1917-ci illərdə Osmanlı imperiyasında "erməni soyqırımı"nın törədilməsi ilə bağlı, Azərbaycan, Türkiyə, Ermənistan və İsrail mütəxəssislərinin iştirakı ilə Dəyirmi masa keçirilməsi ideyasını dəstəkləyir. "Azərbaycan, Türkiyə və Ermənistan tərəfinin, İsrail parlamenti üzvlərinin fəal iştirakı ilə Dəyirmi masa keçirilməsi ideyası maraqlı və diqqətəlayiqdir",-deyə bazar ertəsi Ran Kohen Trend ə müsahibəsində bildirib.

Ötən gün "Merets" partiyasının deputatı Kohen bəyan edib ki, İsrail, Amerika Konqresinin ardınca, 1915-1917-ci illərdə erməni xalqına qarşı törədilmiş qondarma "soyqırımı qəbul etməlidir. Bazar ertəsi Yaxın Şərq Azərbaycanlıları Konqresinin prezidenti Aleks Şapiro-Süleyman Kohenlə telefonla danışıb və deputatın bu cür mövqeyi ilə bağlı öz hiddətini bildirib. Konqresin prezidenti Kohenə Azərbaycan, Türkiyə və Ermənistan tərəfinin, İsrail parlamenti üzvlərinin fəal iştirakı ilə Dəyirmi masa keçirilməsini təklif edib.

Kohen qeyd edib ki, o, fikirləşməyib ki, Knessetin xarici əlaqələr və müdafiə komissiyası üzvlərinin tarixçi- tədqiqatçıların iştirakı ilə bu problemin araşdırılması ilə bağlı istəyi Azərbaycan icmasının narazılıq və hiddətinə səbəbə ola bilər. Kohen bildirib ki, İranla 1000 km. sərhəddi olan Azərbaycan İsrail üçün maraqlı və mühüm ölkədir. "Azərbaycanla əməkdaşlıq etmək çox rahatdır. Belə ki, rəsmi Bakı Azərbaycanın milli maraqlarına və bütün ölkələrə hörmətlə yanaşma prinsipinə əsaslanaraq siyasət yürüdür. Bu baxımdan, mən Azərbaycanla İsrail arasındakı əlaqələri yüksək qiymətləndirirəm",-deyə o əlavə edib.

Kohen Trend ə bildirib ki, o, bu ölkədə keçirdiyi günləri böyük hörmət və sevgi ilə xatırlayır. Şəxsən mən özüm üçün müəyyənləşdirdim ki, Azərbaycan xalqı çox qonaqpərvər, öz mədəniyyətinə, folkloruna, Azərbaycanda yaşayan digər xalqlara dərin hörmət bəsləyən müasir xalqdır. İsrail üçün Azərbaycan-- İranla 1000 km. sərhəddi olan maraqlı və mühüm ölkədir",-deyə deputat qeyd edib.

İsrail deputatı bildirib ki, Azərbaycanla Ermənistan arasında olan ərazi münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, 1 mln. nəfər qaçqın mövcuddur. "Hər şeydən öncə, qeyd etmək istərdim ki, dünya ictimaiyyəti, həmçinin, İsrail Azərbaycan xalqının bu faciəsi barədə az məlumatlıdır. Bu mənada Azərbaycan və onun diplomatları, dünyanın bu problem haqqında bilməsi üçün çox iş görməlidirlər",-deyə Kohen yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti