...

Cinayət Məcəlləsinin yeni layihəsi müzakirəyə çıxarılacaq

Siyasət Materials 16 Oktyabr 2007 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycan Cinayət Məcəlləsinin yeni layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. Ali Məhkəmədən Trend ə bildirilib ki, yeni layihə İnsan hüquqları və azadlıqları haqqında Avropa Konvensiyasına, Uşaq Hüquqları haqqında Konvensiyaya və digər beynəlxalq sənədlərə uyğun olaraq təkmilləşdirilib.

2001-ci ilin sentyabrından hüquqi qüvvəyə minən Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər sırasına ona hüquqi şəxslərin cinayət məsuliyyəti institutunun daxil edilməsi, cəza təyin olunarkən qadınlarla kişilər arasında hüquq bərabərliyinin qorunması məqsədilə qadınlara da ömürlük azadlıqdan məhrumetmə cəzasılnın verilməsi, uşaq parnoqrafiyası ilə bağlı yeni maddələrin əlavə olunması və s. daxildir.

Yeni layihədə kompüterlə bağlı cinayətlər sahəsi də təkmilləşdirilib.

Qanun layihəsi hazırlanarkən avropalı ekspertlərin hər bir maddə üzrə verdikləri rəylər müzakirə olunub və nəzərə alınıb.

Məcəllənin ningilis dilinə tərcümə olunmuş variantı Avropa Şurası ekspertlərinə də təqdim olunub.

Cinayət Məcəlləsinə dəyişikliklər və əlavələrin edilməsi ilə bağlı Ali Məhkəmənin hakimlərindən və Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, BDU-nun hüquq fakültəsinin nümayəndələrindən, vəkillərdən və Avropa Şurasının ekspertlərindən ibarət işçi qrupu təşkil edilib.

Qüvvədə olan Cinayət Məcəlləsi ümumi və xüsusi hissədən, 12 bölmədən, 35 fəsildən və 353 maddədən ibarətdir.

Xəbər lenti

Xəbər lenti