...

İran prezidenti: "Xəzərin hüquqi statusunun konkret və məqsədyönlü şəkildə aydınlaşdırılmasına ümud edirik"

Siyasət Materials 16 Oktyabr 2007 12:41 (UTC +04:00)
İran prezidenti: "Xəzərin hüquqi statusunun konkret və məqsədyönlü şəkildə aydınlaşdırılmasına ümud edirik"

Azərbaycan, Bakı / Trend , müxbir D.Xatınoğlu/ Iran prezidenti Mahmud Əhmədinejad Xəzər dənizinin hüquqi statusu üzrə oktyabrın 16-da Tehranda keçirilən sammitdə bildirib ki, indiyədək bu haqda keçirilən müzakirələr və iclaslar ugurlu olub və bir çox nailiyyətlər əldə olunub.

Əhmədinejad qeyd edib ki, Xəzər dənizi iqtisadi baxımdan həm zəngin qaynaqdır, həm də tranzit baxımından əhəmmiyyət kəsb edir. "Xəzər dənizinin sülh və təhlükəsizliyin yaranmasında önəmli rolu var və dənizdən keçən gəmilər mütləq xəzəryanı ölkələrin gəmisi olmalıdır. Bundan əlavə, dənizin fauna və florasının qorunmasında əməli addımlar atılmalıdır". Prezident deyib ki, Xəzər dənizinin hüquqi statusu konkret və məqsədyönlü şəkildə aydınlaşdırılmalıdır və biz buna ümid edirik" .

Xəbər lenti

Xəbər lenti