...

QHT-lərlə bağlı dövlət qurumunun yaradılması beynəlxalq ekspertlərlə müzakirə olunacaq

Siyasət Materials 16 Oktyabr 2007 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Qeyri-Hökumət Təşkilatlarının (QHT) fəaliyyətini tənzimləyən dövlət qurumunun yaradılması üçün beynəlxalq ekspertlərin iştirakı ilə çərşənbə günü Bakıda Prezident yanında Dövlət İdarəçilik akademiyasında toplantı keçiriləcək. Bu barədə Prezident Aparatı ictima-siyasi şöbənin müdiri Əli Həsənov çərşənbə axşamı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı QHT-lərin fəaliyyətinə dövlət yardımını nəzərdə tutan konsepsiyanın üzərində iş aparılır. Həsənovun sözlərinə görə, konsepsiyanın prinsipləri artıq müəyyən olunub, lakin o, bunun nədən ibarət olması barədə açıqlama verməyib.

Həsənovun sözlərinə görə, bu layihənin reallaşması müddətininin daha iki ay uzadılması dövlət başçısından xahiş olunub və o, təklifi qəbul edib: "Noyabrın sonuna qədər bütün təkliflər ortaya qoyulacaq. Həm QHT-lərlə iş üzrə qurumun yaradılması, həm QHT-lərin dövlət büdcəsindən maliyyələşməsinin mexanizmləri bu təkliflərdə öz əkisini tapacaq"-deyə Prezident Aparatı rəsmisi bildirib.

Ədliyyə Nazirliyinin rəsmi açıqlamasına görə, hazırda Azərbaycanda 2500-ə yaxın QHT nazirlikdə dövlət qeydiyyatından keçib.

Xəbər lenti

Xəbər lenti