...

Azərbaycan prezidenti:"Xəzər dənizinin statusu məsələsinin həlli üçün əlverişli şərait yaranıb"(video)

Siyasət Materials 16 Oktyabr 2007 12:57 (UTC +04:00)
Azərbaycan prezidenti:"Xəzər dənizinin statusu  məsələsinin həlli üçün əlverişli şərait yaranıb"(video)

Azərbaycan , Bakı / Trend müxbir A.İsmayılova / Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Tehranda bəyan edib ki , Xəzər dənizinin statusu məsələsinin həlli üçün əlverişli şərait yaranıb . Xəzəryanı dövlətlərin sammitində iştirak edən prezident qeyd edib ki , son illər ərzində aparılan danışıqların sayəsində tərəflər kifayət qədər təcrübə toplayıblar .

Bu gün İranda beş Xəzəryanı dövlətin , İran, Azərbaycan , Qazaxıstan , Rusiya və Türkmənistan dövlətlərinin sammiti başlanıb . Prezidentlər keçmiş SSRİ-nin süqutundan sonra hələ də həllolunmamış Xəzərin statusu məsələsini müzakirə edirlər . Xəzəryanı dövlətlərin birinci sammiti 2002-ci ilin aprel ayında Aşqabadda baş tutub . Sammit zamanı ikinci sammitin 2003-cü ildə Tehranda keçirilməsi barədə qərar qəbul olunub . Lakin həmin dövrdən bu günə qədər sammit hər il təxirə salınıb .

Xəzər dənizinin dibinin sahilyanı dövlətlər arısında bölünməsi məsələsində Azərbaycan , Rusiya və Qazaxıstan bir-bininə qarşı heç bir iddia irli sürmür . Bu üç dövlət arasında müvafiq məsələ ilə bağlı ikitərəfli , eləcə də üçtərəfli razılıqlar imzalanıb . Tərəflər həmçinin orta bölünmə xəttinin koordinatı ilə bağlı vahid bir fikrə gəliblər . Lakin Türkməninistan və İran orta bölünmə xəttinin koordinatının təyin edilməsi ilə bağlı hələ öz mövqelərini açıqlamırlar . Bu hal uzun illər davas edən müzakirələrə baxmayaraq Xəzərin statusunun müəyyənləşdirilməsinə mane olur . İlham Əliyev sammiti zamanı qeyd edib ki , prezidentlərin Tehran görüşü tərəflərin mövqeyini yaxınlaşdırmağa və ciddi nəticələr əldə etməyə təkan verəcək . Azərbaycan prezidentinin sözlərinə görə , Xəzər dənizinin statusu ilə bağlı məsələnin həlli Xəzəryanı dövlətlər arasında əməkdaşlığın inkişafı üçün əsas olmaqla yanaşı Xəzər dənizində təhlükəsizlyi təmin edəcək .

Xəzərin təbii ehtiyatlarına 500-dən çox bitki növü və 854 növ balıq daxildir ( eləcə də dünyanın nərə balığı ehtiyatlarının 90%-i). Neft ehtiyatları isə dünyanın neft ehtiyatlarının 2%-ni təşkil etməsinə baxmayaraq regionun enerji təhlükəsizliyini təmin etmək üçün kifayətdir . SSRİ-nin dağılması ilə sahilyanı ölkələrin sayının ikidən beşə qədər artması nəticəsində bütün Xəzəryanı dövlətlərin iştirakı ilə Xəzər dənizinin statusu ilə bağlı yeni müqavilənin qəbul olunmasına ehtiyac yaranıb .

Xəbər lenti

Xəbər lenti