...

MSK sədri: "Separatçılarının qondarma "bələdiyyə seçkiləri" keçirmək cəhdi beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədi güdür"

Siyasət Materials 16 Oktyabr 2007 13:31 (UTC +04:00)
MSK sədri: "Separatçılarının qondarma "bələdiyyə seçkiləri" keçirmək cəhdi beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədi güdür"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın işğal olunmuş ərazisində erməni separatçılarının qondarma "bələdiyyə seçkiləri" keçirmək cəhdi onların beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb etmək məqsədi güdür. Bu fikirləri Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov çərşənbə axşamı jurnalistlərə açıqlamasında bildirib.

İşğal olunmuş Dağlıq Qarabağda separatçı rejim oktyabrın 14-də qonlarma "bələdiyyə seçkiləri" təşkil edib.

MSK sədri bildirib ki, Dağlıq Qarabağdakı separatçı qüvvələr vaxtaşırı bu tipli seçki oyanları təşkil edirlər: "Amma beynəlxalq təşkilatlar onların bu hərəkətini pisləyir və bildirirlər ki, belə tədbirlərin heç bir hüququ əsası yoxdur. Əksinə, belə oyunbazlıqlar Qarabağ münaqişəsinin həlli ilə məşğul olan tərəflərə maneçilik törədir"-deyə MSK sədri bildirib.

Pənahov hesab edir ki, Azərbaycan ictimaiyyəti separatçıların hər cür təxribaçı əməllərinə qarşı təmkinli olmalıdır. MSK sədrinin fikrincə, Azərbaycan iqtidarının apardığı düzgün xarici siyasi xəttin nəticəsində beynəlxalq qurumlar, dünyada söz sahibi olan ölkələr Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Xəbər lenti

Xəbər lenti