...

Xəzəryanı dövlətlərin prezidentləri Xəzərin hüquqi statusu ilə bağlı bəyannamə imzalayıblar

Siyasət Materials 16 Oktyabr 2007 15:19 (UTC +04:00)
Xəzəryanı dövlətlərin  prezidentləri Xəzərin hüquqi statusu ilə bağlı bəyannamə imzalayıblar

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Bu gün İranda keçirilən Xəzəryanı dövlətlərin sammitinin yekununa əsasən, 25 maddədən ibarət Bəyannamə imzalanıb.

Bu gün İranda beş Xəzəryanı dövlətin--- İran, Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan dövlətlərinin sammiti başlanıb. Sammitin əsas mövzusu Xəzər dənizinin statusu məsələsinin müzakirəsidir.

Bəyannaməni İran, Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentləri imzalayıblar.

Bəyannamə Xəzər dənizinin hüquqi statusu ilə bağlı Xəzəryanı dövlətlərin prezidentləri tərəfindən imzalanmış ilk rəsmi sənəddir.

Xəzəryanı dövlətlərin birinci sammiti 2002-ci ilin aprel ayında Aşqabadda baş tutub. Sammit zamanı ikinci sammitin 2003-cü ildə Tehranda keçirilməsi barədə qərar qəbul olunub. Lakin həmin dövrdən bu günə qədər sammit hər il təxirə salınıb.

Xəzərin təbii ehtiyatlarına 500-dən çox bitki növü və 854 növ balıq daxildir (eləcə də, dünyanın nərə balığı ehtiyatlarının 90%-i). Neft ehtiyatları isə, dünyanın neft ehtiyatlarının 2%-ni təşkil etməsinə baxmayaraq, regionun enerji təhlükəsizliyini təmin etmək üçün kifayətdir. SSRİ-nin dağılması ilə sahilyanı ölkələrin sayının ikidən beşə qədər artması nəticəsində, bütün Xəzəryanı dövlətlərin iştirakı ilə Xəzər dənizinin statusu ilə bağlı yeni müqavilənin qəbul olunmasına ehtiyac yaranıb.

Xəbər lenti

Xəbər lenti