...

Ədalət Partiyası Prezident Aparatına müraciət hazırlayır

Siyasət Materials 16 Oktyabr 2007 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend ,müxbir E.Hüseynli/ Azərbaycanın müxalif Ədalət Partiyası qərargah probleminin həlli üçün Prezident Aparatına müraciət hazırlayır, çərşənbə axşamı Trend ə partiyanın sədri, millət vəkili İlyas İsmayılov bildirib. Onun sözlərinə görə, partiyanın qərargah probleminin həlli üçün bir neçə dəfə Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə müraciət olunsa da, nəticəsiz qalıb.

Ədalət Partiyası qərargah problemi ilə bağlı ilk dəfə 2003-cü ildə komitəyə müraciət edib. Sonuncu müraciət isə, bir neçə gün öncə edilib. Komitə problemin həlli üçün konkret addımlar atmayıb.

İsmayılov bildirib ki, komitə, partiyanın çoxsaylı müraciətlərinə baxmayaraq, qərərgah məsələsinin həllində maneə törədir. "Komitə siyasi partiyaların bəzilərinin qərərgah problemini həll edib. Biz bunu alqışlayırıq. Ancaq komitə partiyaların hamısının qərərgah problemini həll etməlidir, presedent yaratmamalıdır"- İsmayılov deyib.

Xəbər lenti

Xəbər lenti