...

Dünyanın aparıcı gənclər təşkilatlarının nümayəndələri Bakıda toplaşacaq

Siyasət Materials 16 Oktyabr 2007 16:40 (UTC +04:00)
Dünyanın aparıcı gənclər təşkilatlarının nümayəndələri Bakıda toplaşacaq

Azərbaycan, Bakı/ Trend ,müxbir K.Ramazanova/ Qərb ölkələri, İKT ölkələri, Asiya və Afrikanın qeyri- müsəlman ölkələri, həmçinin, Yaponiya, Çin, Filippinin aparıcı gənclər təşkilatlarının 45 nümayəndəsi oktyabrın 28-31-də Bakıda keçiriləcək Forumda iştirak edəcəklər. Bu barədə İKT Gənclər Forumunun baş katibi Elşad İsgəndərov məlumat verib.

Forumda təqribən 20 alim iştirak edəcək. Tədbir İKT, BMT İnkişaf Proqramı, Avropa Şurası, ISESCO və Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunacaq.Forum iştirakçıları mədəniyyətlərarası əlaqələr, islamofobiya, iqtisadi inkişafın tarixi aspektlərini müzakirə edəcəklər. Tədbirin sonunda, noyabrın 1-2-də Gürcüstanda keçiriləcək sivilizasiyalararası konfransa təqdim olunacaq Bəyannamə layihəsinin qəbul olunması gözlənilir.

Xəbər lenti

Xəbər lenti