...

Xəzərsahili ölkələr Tehranda nəqliyyat və energetika sahəsində qarşılıqlı fəaliyyətin inkişafı barədə razılığa gəliblər

Siyasət Materials 16 Oktyabr 2007 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir E.Hüseynov/ Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran nəqliyyat və energetika sahəsində qarşılıqlı fəaliyyəti inkişaf etdirmək niyyətindədirlər. Bu barədə çərşənbə axşamı Tehranda keçirilən sammitin yekun Bəyannaməsində göstərilib. "Xəzər regionunun zəngin potensialının səmərəli istifadəsi və onun əlverişli inkişaf perspektivləri nəzərə alınmaqla, tərəflər iqtisadi sahədə, xüsusilə nəqliyyat və energetika sahələrində dialoq və qarşılıqlı fəaliyyəti dərinləşdirəcəklər",-deyə sənəddə qeyd olunur.

Bu gün İranda beş Xəzəryanı dövlətin-- İran, Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan dövlətlərinin sammiti başlanıb. Sammitin əsas mövzusu Xəzər dənizinin statusu məsələsinin müzakirəsidir. Sammitdə İran, Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentləri Bəyannamə imzalayıblar. Bəyannamə Xəzər dənizinin hüquqi rejimi ilə bağlı Xəzəryanı dövlətlərin prezidentləri tərəfindən imzalanmış ilk rəsmi sənəddir.

Bəyannamədə göstərilir ki, Xəzərsahili dövlətlər regionun nqəliyyat potensialının, həmçinin, beynəlxalq nəqliyyat dəhlizlərinin və yollarının formalaşdırılması və inkişafı yolu ilə effektiv istifadəsinə yardım etmək barədə razılığa gəliblər. Tərəflər bəyan ediblər ki, yalnız sahilyanı ölkələr Xəzər dənizi və onun resurslarına suveren hüquqlara malikdirlər.

Xəzər dənizinin hüquqi statusu, hazırlanması mühüm hesab olunan konvensiya ilə müəyyən olunacaq. "Tərəflər təsdiq edirlər ki, Xəzər dənizinin ümumi qəbul olunan hüquqi statusu əsas sənəd kimi, yalnız Xəzərsahili dövlətlərin ümumi razılığı əsasında, qəbul olunması mümkün olan konvensiya ilə müəyyən olunacaq",-deyə sənəddə qeyd olunur. Bəyannaməyə əsasən, Xəzər dənizinin yeni hüquqi statusu müəyyən olunana qədər, Xəzər hövzəsində yalnız sahilyanı ölkələrin bayrağı altında gəmilərin üzməsi, onların suveren hüquqlarının həyata keçirilməsi əsasında gəmiçilik və balıqçılıq rejimləri həyata keçiriləcək.

"Tərəflər bəyan edirlər ki, Xəzər dənizinin ümumi qəbul olunan hüquqi statusunun hazırlanması və bu məqsədlə qısa zamanda konvensiyanın qəbul olunması əsas məsələdir",-deyə sənəddə əsk olunub. Xəzərin hüquqi statusu ilə bağlı əsas sənəd kimi, konvensiya Xəzər sahili dövlətlərin suveren hüquqları əsasında yurisdiksiyasının həyata keçirilməsi, ətraf mühitin qorunmasının norma və prinsipləri, həmçinin, Xzəzərin bioloji, mineral ehtiyatlarından istifadə, gəmiçilik və Xəzərlə bağlı digər məsələləri tənzimləməlidir",-deyə Bəyannamədə göstərilib.

Beş dövlət başçısı razılığa gəliblər ki, Xəzər dənizinin yeraltı sərvətlərindən istifadə olunması üçün onun dibinin bölünməsi ilə bağlı məsələ bütün Xəzərsahili dövlətlər tərəfindən, bir-birlərinin suveren hüquqları və qanuni maraqlarına hörmət əsasında, həyata keçiriləcək.

Sammit iştirakçıları Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar prosesinin qarşılıqlı hörmət, qarşılıqlı anlaşma və hamı tərəfindən qəbul olunan beynəlxalq hüquq normaları əsasında, bərabərlik şəraitində aparılmasından razılıqlarını bildiriblər və "bu danışıqların fəal surətdə davam etdirilməsinin mühümlüyünü" bildiriblər. Regionda stabillik, sülh və təhlükəsizliyin mühümlüyünü nəzərə alaraq, tərəflər Xəzər dənizinin təhlükəsizliyi ilə bağlı bütün məsələləri davam etdirmək istəklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti