...

Daxili işlər orqanının yeni binasının açılışı olub

Siyasət Materials 16 Oktyabr 2007 19:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinin və yetkinlik yaşına çatmayanlar üçün təcridetmə Mərkəzinin çərşənbə axşamı Binəqədi rayonunda yeni inzibati binasının açılış mərasimi olub. Bu barədə Trend ə DİN-in mətbuat xidməti məlumat verib.

Müasir standartlara uyğun tikilmiş yeni ikimərtəbəli bina kommunikasiya, mebel və inventarlarla, istilik qazanxanası ilə təhciz olunub. Binanın birinci mərtəbəsi inzibati həbs olunanların saxlanılma məntəqəsi, ikinci mərtəbəsi isə, yetkinlik yaşına çatmayanlar üçün təcridetmə Mərkəzi olacaq. Hər iki mərtəbə 50 nəfərlikdir.

Açılış mərasimində daxili işlər naziri Ramil Usubov iştirak edib. O, çıxışında bildirib ki, daxili işlər orqanlarının yeni, müasir tipli inzibati binalarla təczih olunması prosesi davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti