...

ABŞ-ın Azərbaycandakı səfiri: İstənilən məsələdə dialoq və danışıqlar daha məğbuldur

Siyasət Materials 16 Oktyabr 2007 21:29 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfiri: İstənilən məsələdə dialoq və danışıqlar daha məğbuldur

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ "İstənilən məsələdə dialoq və danışıqlar daha məğbuldur". Belə bir bəyanatla çərşənbə axşamı ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi Türkiyə ordusunun İraqın şimalında əməliyyatların aparılmasının mümkünlüyünü şərh edərkən çıxış edib.

Türkiyə hökuməti ölkə parlamentinə İraqın şimalında kürd separatçılarına qarşı birillik hərbi əməliyyatların aparılmasına dair qərar layihəsini göndərib. Məsələnin müzakirəsinə parlament çərşənbə günü başlayacaq.

"Türkiyə parlamentinin İraqın şimalında hərbi əməliyyatların başlamasına icazə verməsi hələ o demək deyil ki, bu əməliyyatlar dərhal başlayacaq. Əməliyyat ehtiyac yarananda, lazımi vaxtda başlayacaq"-deyə Türkiyə hökumətinin rəhbəri çərşənbə axşamı parlamentdə çıxış edərkən bildirib. ( RİA-Novosti ).

"Frans-Press" agentliyinin oktyabrın 16-da İraq hökumətinin mətbuat katibi Əli əl-Dabbaqaya istinadən yaydığı məlumata görə, İraq hökuməti Türkiyə iqtidarını məsələ ilə bağlı tezliklə müzakirələrə başlamağa çağırıb.

Xəbər lenti

Xəbər lenti