...

Azərbaycan-İran sərhəddində körpü açılıb

Siyasət Materials 17 Oktyabr 2007 14:44 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend müxbir Y.Əliyev/ Naxçıvan Muxtar Respublikasında Araz çayı üzərində Azərbaycan-İran sərhədinin yaxınlığında çərşənbə günü Şaxtaxtı-Poldəşt körpüsünün açılışı olub. Körpü Azərbaycan və İran arasında 2003-cü ildə imzalanmış və Şaxtaxtı (Azərbaycan) və Poldəşt (İran) ərazisində sərhəd-buraxılış məntəqəsinin açılmasını nəzərdə tutan memorandum əsasında tikilib.

Körpünün açılışı mərasimində Azərbaycan prezidenti İlham Əliyev və İranın vitse- prezidenti Pərviz Davudi iştirak ediblər. Azərbaycanın dövlət başçısı bəyan edib ki, bu körpü nəinki yalnız yeni nəqliyyat yolu olacaq, həmçinin, Azərbaycan və İran xalqlarını daha da birləşdirəcək. İranın vitse- prezidenti körpünün iki ölkənin ticarət əlaqələrinin inkişafına xidmət edəcəyini söyləyib.

İlham Əliyev sərhədi keçərək, İran tərəfinin sərhəd- buraxılış məntəqəsinin açılışı üçün hazırlıq işləri ilə tanış olub.

Avqust ayında İran prezidenti İlham Əliyevin Azərbaycana rəsmi səfəri zamanı Şaxtaxtı-Poldəşt sərhəd- buraxılış məntəqəsinə beynəlxalq statusun verilməsi barədə ikitərəfli razılaşma imzalanıb. Hazırda tərəflər yaxın gələcəkdə açılacaq məntəqənin iş planını razılaşdırırlar.

Xəbər lenti

Xəbər lenti