...

Prezident Appatı rəsmisi: "QHT-lərin dövlət tərəfindən maliyələşdirilməsi onları asılı vəziyətə salmayacaq"

Siyasət Materials 17 Oktyabr 2007 15:56 (UTC +04:00)
Prezident Appatı rəsmisi: "QHT-lərin dövlət tərəfindən maliyələşdirilməsi onları asılı vəziyətə salmayacaq"

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanda qeyri-hökümət təşkilatlarının (QHT) dövlət tərəfindən maliyyələşdirilməsi onları dövlətdən asılı vəziyətə salmaq, fəaliyətlərini məhdudlaşdırmaq məqsədi güdmür. Trend in məlumatına görə, bu fikirləri Prezident Aparatı hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çərşənbə günü QHT-lərə dövlət yardımı ilə bağlı Konsepsiyanın müzakirələrinə həsr olunmuş toplantıda bildirib.

Azərbaycan prezidenti İlham Əliyev QHTrə dövlət yardımını nəzərdə tutan Konsepsiya imzalıyıb, sənəd çərçivəsində QHT-lərin dövlət tərəfindən maliyələşdirilməsi, QHT-lərlə iş üzrə dövlət qurumunun yaradılması nəzərdə tutulur. Fuad Ələsgərov bildirib ki, QHT-lərə dövlət tərəfindən yardım göstərməkdə məqsəd cəmiyyətdə vətəndaş təşəbbüslərinin artmasına kömək etmək, sosial problemlərin həllinə QHT-ləri cəlb etmək, dövlət üçün əhəmiyyətli olan QHT layihələrini maliyyələşdirməkdir. Onun sözlərinə görə, Azərbaycanda 2003-cü ildə cəmi 50 qrant müqaviləsi, 2004 -də --107, 2005 - də--155, 2006 -da-- 213, 2 007- ci ilin ilk 6 ayı ərzində 107 qrant müqaviləsi Ədliyə Nazirliyində qeydiyyata alınıb.

Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov bildirib ki, Azərbaycan dövlətinin kifayət gədər problemləri var və hökümət onların həllinə QHT-ləri də cəlb etməyi düşünür. Həsənovun sözlərinə görə, Konsepsiya ilə bağlı yerli və beynəlxalq QHT-lərin bütün təklifləri ümumiləşdirilərək, noyabrın 29-da dövlət başçısına təqdim olunacaq və həmin vaxtdan Konsepsiyanın tələbləri həyata keçirilməyə başlanacaq.

Xəbər lenti

Xəbər lenti